Modern.az

Sensasiya: yeni qan testilə insanın hansı sürətlə qocaldığı müəyyənləşdiriləcək

Sensasiya: yeni qan testilə insanın hansı sürətlə qocaldığı müəyyənləşdiriləcək

İqtisadiyyat

21 May 2011, 11:02

Yeni qan testi sahəsində insanı nə vaxt öləcəyi barədə məlumatlanmaq mümkündür. Modern.az saytının verdiyi xəbərə görə, bu barədə məlumatı  “İndependent” qəzeti yayıb. Məlumatda bildirilir ki,  500 avroya başa gələn test sahəsində insanın hansı sürətlə qocaldığını və nə zaman öləcəyinə dair həqiqətə yaxın məlumat əldə etmək mümkün olacaq.

Qan testinin bu ilin sonunda İngiltərədə satışa çıxarılması planlaşdırılır. Mübahisəli test insanın xromosomlarındakı “telomer” adlandırılan maddələrin uzunluğunu ölçür. Elm adamlarına görə, telomeri qısa olan insanların ömrü uzun olmur.

Testin istifadəsinin 5 -10 il ərzində kütləvi hal alaçağı gözlənilir.

Elm adamları 2003 –ci ildə 143 nəfərdən alınan və 20 il köhnə qan nümunələri üzərində analiz apararaq telomerlerin uzunluğunu öyrəniblər. 2004-ci ildə aparılan bir araşdırma zamanı məlum olub ki, stresslə yaşayan insanlarda telomerlər daha qısa olur.

2007-ci ildə aparılan daha bir araşdırma zamanı məlum olub ki, uzun telomerlərə sahib olan insanların ürək xəstəliyinə tutulma riski, qısa olanlarla nisbətdə 50% azdır.

Bu il İngiltərədə aparılan başqa bir araşdırma zamanı məlum olub ki, təhsilsiz insanlar qısa telomerə sahib olur, eyni zamanda bu kateqoriyanın insanları daha sürətli qocalmağa və qocalıqla əlaqəli xəstəliklərə meyillidir.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər