Modern.az

Daha 8 rayon və şəhərdə buraxılış imtahanları keçirildi

Daha 8 rayon və şəhərdə buraxılış imtahanları keçirildi

Ölkə

5 İyun 2011, 14:12

Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları keçirilir. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, iyunun 4-də respublikanın daha 8 rayon və şəhərində buraxılış imtahanı təşkil olunub.

Ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) buraxılış imtahanları ana dili və ədəbiyyat, riya­ziyyat, Azərbay­can tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fən­lə­rin­­dən keçirilib.

İyunun 4-də Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 9-cular və 11-cilər buraxılış imtahanları veriblər.

Qeyd edək ki, bundan öncə - iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 9-cu və 11-ci sinifləri üzrə buraxılış imtahanları keçirilmişdi.

Mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən növbəti buraxılış imtahanları iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında keçiriləcək.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, indiyədək keçirilən buraxılış imtahanlarının cavabları yaxın 2-3 gündə açıqlanacaq.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü