Modern.az

Serj Sərkisyan AŞPA-da azərbaycanlı deputatlara cavab verəcək

Serj Sərkisyan AŞPA-da azərbaycanlı deputatlara cavab verəcək

Ölkə

9 İyun 2011, 13:34

Ermənistan prezidentinə sual vermək üçün Azərbaycan nümayəndə heyətinin 5 üzvü artıq siyahıya yazılıb

Ermənistan prezidenti Serj Sərkisyan Avropa Şurası Parlament Assableyasının yay sessiyasında iştirak edəcək. Modern.az AŞPA-nın xəbər lentinə istinadən bildirir ki, onun çıxışı iyunun 22-nə planlaşdırılıb.  Sərkisyan çıxışından sonra deputatların suallarına cavab verəcək.

AŞPA-nın yay sessiyasında həmçinin Ukrayna prezidenti Viktor Yanukoviç də çıxış edəcək.

Qeyd edək ki, Ermənistanın AŞPA-ya üzvlüyü dövründə bu ölkənin rəhbəri cəmi bir dəfə həmin kürsüdən çıxış edib. 2004-cü ilin iyununda Robert Köçəryan AŞPA-da çıxış edib. O çıxışı zamanı erməni ordusunun heç vaxt Qarabağdan çıxmayacağını bəyan edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti də Sərkisyana suallar ünvanalayacaq. Hümayəndə heyətinin üzvü deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycandan olan 5 millət vəkili artıq suallarla bağlı siyahıya yazılıb. 
“Biz bu məsələyə ciddi yanaşırıq. Nümayəndə heyətinə maraqlıdır ki, Sərkisyan bizim sualları necə cavablandıracaq”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü olan deputat  qeyd edib ki, AŞPA-da Qarabağla bağlı altkomitənin fəaliyyəti nümayəndə heyətinin uğuru sayıla bilər. 

Xaqani Səfəroğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü