Modern.az

Daşkəsənə yağan dolu Əhəd Abıyevi hərəkətə gətirdi (FOTOLAR)

Daşkəsənə yağan dolu Əhəd Abıyevi hərəkətə gətirdi (FOTOLAR)

9 İyun 2011, 13:49

Daşkəsən rayonuna güclü dolu düşüb. Fərdi evlərə və təsərrüfatlara xeyli ziyan dəyib. Sakinlərə məxsus ev quşları və xırda buynuzlu heyvanlar tələf olub. 
Modern.az saytının bölgə müxbiri xəbər verir ki, güclü dolu əsasən Xoşbulaq, Zağalı və Qazaxyolçular kəndlərinə düşüb. Sel suları ilə müşahidə olunan dolu ciddi fəsadlar törədib. Kənd sakinlərinin fərdi təsərrüfatlarına xeyli ziyan dəyib. Əkin sahələri və meyvə bağları yararsız hala düşüb. Evlərin dam örtüyü sıradan çıxıb. Dolu həmçinin yaylaqda olan çobanların yataqlarını da dağıdıb. 
Aramsız yağan leysan yağışları Qoşqar çayını məcrasından çıxarıb. Nəticədə avtomobil yollarını və bəzi evləri su basıb.  Təxminən saat 17 radələrindən yağmağa başlayan dolu sonra leysan yağışları əvəz olunub və get-gedə yağışın sürəti güclənib. Yağışlı hava şəraitinin saatlarla davam etməsinə baxmayaraq fəsadları aradan qaldırmaq mümkün olub.
Təbii fəlakət zonasına baş çəkən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dəymiş ziyanla yerindəcə tanış olub və sakinlərə lazımı köməkliyin göstəriləcəyini deyib. H
azırda rayon Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyənləşdirilməsi istiqamətində iş aparır.






Xaliq Qurbanov
Gəncə

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir