Modern.az

“Azərenerji”: “Azərbaycanın bütün rayonlarına fasiləsiz elektrik enerjisi verilir”

“Azərenerji”: “Azərbaycanın bütün rayonlarına fasiləsiz elektrik enerjisi verilir”

Ölkə

9 İyun 2011, 17:28

“Azərbaycanın bütün rayonları, hətta ən ucqar rayonlar belə fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur”. Bu sözləri Modern.az-a açıqlamsında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev deyib. Onun sözlərinə görə, təmir-yenidənqurma işləri ilə bağlı elektrik enerjisinin verilməsində ani fasilələr ola bilər, amma bu uzun çəkmir.

“Bu da yarımstansiyalarda, transformatorlarda aparılan təftişlə ya da simləşmə və sayğacların dəyişməsi, yəni smart tipli sayğacların quraşdırılması zamanı olur. Bu adi ani prosesdir. Yəni xətlər çəkilir, sayğaclar quraşdırılır və xətt ayrılıb yenisi ilə əvəzlənir. İndi regionlarımızda elektrik enerjisi faisləsiz olaraq verilir”-deyə mətbuat xidmətinin əməkdaşı əlavə edib.

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?