Modern.az

Hillari Klintonla Əhməd Davutoğlunun nəvə söhbəti (FOTO)

Hillari Klintonla Əhməd Davutoğlunun nəvə söhbəti (FOTO)

9 İyun 2011, 23:02


Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu Liviyadakı vəziyyətlə bağlı Abu Dabidə qatıldığı yığıncaqda ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. Modern.az-ın Türkiyə KİV-nə istinadən veriyi məlumata görə, bu görüşə hər iki diplomatın "nəvə söhbəti" damğa vurub.
Davutoğlu ikili təmasları daxilində Klintonla təxminən bir saatadək söhbət edib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, görüşmənin əvvəlində Davutoğlu Klintona “bu gecə ikinci nəvəm doğulub” deyincə ABŞ dövlət katibi çox sevindiyini ifadə edib və onu özünəməxsus coşğuyla qeyd edib.

Davutoğlunun Hillari Klintona "sağ əlim başınıza" söyləməsinə cavab olaraq amerikalı diplomat “bu ana qədər belə bir vəziyyət yoxdu" deyərək gülümsəyib.

Əldə edilən məlumata görə görüşdə Liviyadakı vəziyyət də müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir