Modern.az

BAXCP məclisi toplandı, Mikayıl Rəhimov partiyadan istefa verdi (FOTOLAR)

BAXCP məclisi toplandı, Mikayıl Rəhimov partiyadan istefa verdi (FOTOLAR)

Təhsil

11 İyun 2011, 14:39

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Öncə Ali Məclisin gündəliyi müzakirəyə çıxarılıb və təsdiq olunub. Sessiyanın gündəliyinə əsasən, müzakirəyə çıxarılan ilk məsələ Ali Məclis sədrinin seçkilərilə bağlı olub. Qeyd edək ki, BAXCP Ali Məclisinin sabiq sədri Mikayıl Rəhimov Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün Seçkilər Məcəlləsinin tələblərinə əsasən, Ali Məclis sədrliyindən və partiya üzvlüyündən istefa verib.

Sessiyada aparılan müzakirələr zamanı Ali Məclis sədrliyinə BAXCP İdarə Heyətinin üzvü Vaqif Abışovun namizədliyi irəli sürülüb. Ali Məclis üzvləri yekdilliklə Vaqif Abışovun namizədliyini dəstəkləyiblər.

İctimai-siyasi məsələlərin müzakirəsi zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib.

BAXCP sədrinin məruzəsindən sonra partiyanın baş katibi Söhrab Abdullayev BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərlə bağlı İdarə Heyətinin təkliflərini Ali Məclisin müzakirəsinə təqdim edib. Təklif olunan əlavə və dəyişikliklər səsə qoyulub və yekdilliklə qəbul olunub.

Hövbəti məsələnin müzakirəsi isə BAXCP sədrinin təqdimatına əsasən ayrı-ayrı sahələr üzrə katiblərin seçilməsilə bağlı olub. Səsvermə nəticəsində Dünyamalı İmaməliyev humanitar məsələlər üzrə katib, Telman Siyabov ideoloji və təbliğat işləri üzrə katib, Niyaməddin Orduxanov isə ictimai-siyasi məsələlər üzrə katib vəzifəsinə seçiliblər.

Ali Məclis sədrinin müavini vəzifəsinə isə Faiq İsmayılov seçilib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır