Modern.az

ARDNŞ-də işə qəbul olub, 30 nəfərdən 15-ni seçiblər

ARDNŞ-də işə qəbul olub, 30 nəfərdən 15-ni seçiblər

13 İyun 2011, 19:49

"ARDNŞ yeni kadrların hazırlanması, onların Şirkətin müəssisələrində peşə və ixtisaslarına uyğun işlə təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. Şirkətin mühüm struktur vahidlərindən olan Heydər Əliyev adına Bakı neft emalı zavodunda da işə qəbul məsələsinə mühüm önəm verilir, müəssisənin sahələrinə ən layiqli mütəxəssisləri cəlb etmək üçün Şirkətin İnsan Resursları Departamenti nümayəndələrinin iştirakı ilə müsahibələr keçirilir"-deyə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, işə qəbulla əlaqədar müraciət etmiş şəxslərin vakant vəzifə və peşələrə seçiminin şəffaf aparılması üçün zavodda Kadr seçimi üzrə Komissiya yaradılıb. Bu günlərdə Heydər Əliyev adına BNEZ-də işə qəbulla əlaqədar müraciət etmiş 30 nəfərin müsahibəsi keçirilib. Namizədlərə öz ixtisas və peşələrinə uyğun suallar verilib, onların mexanika, texnologiya, elektroenergetika, kompüterlə iş və s. üzrə nəzəri bilik və təcrübələri yoxlanılıb. 15 nəfər mütəxəssis və fəhlənin bilik və peşəkarlıq səviyyəsi Kadr seçimi üzrə Komissiyanı qane edib, onların işə qəbul olunması məqbul sayılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir