Modern.az

Ölkə üzrə 80 şagirdin qızıl və gümüş medala namizədliyi irəli sürülüb

Ölkə üzrə 80 şagirdin qızıl və gümüş medala namizədliyi irəli sürülüb

Ölkə

14 İyun 2011, 12:35

Cari tədris ilinin sonundan etibarən qızıl və gümüş medala layiq görülən şagirdlərə medalların təqdim olunması prosesi gerçəkləşəcək. Şagirdlərin bu medallarla təltifi onların mərkəzləşdirilmiş buraxılış imtahanını necə verəcəklərindən asılı olacaq. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Modern.az-a deyib ki, bu il neçə nəfər orta məktəb məzununa qızıl və gümüş medalın verilməsi hələ dəqiq bilinmir. Onun sözlərinə görə, buraxılış imtahanlarından sonra bu say dəqiq şəkildə məlum olacaq.

Azərbaycanın bütün rayon və şəhər təhsil şöbələrinin 2010-2011-ci dərs ili üzrə tam orta təhsil səviyyəsini uğurla başa vurması gözlənilən, qızıl və ya gümüş medala namizəd şagirdlərin adlı siyahısı hələ bir müddət öncə Təhsil Nazirliyinə təqdimat olunub. 
Nazirlikdən verilən məlumata görə, bu il ölkə üzrə qızıl və gümüş medala namizədlərin sayı 80 nəfərdir. Bunlardan 40-ı Bakı məktəbliləridir.

Medala ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Uzun müzakirələrdən sonra 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu ənənə bərpa edilib.

Təhsildə xüsusi nailiyyətlərə görə qızıl medalın təsviri:



Təhsildə xüsusi nailiyyətlərə görə gümüş medalın təsviri:



Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı