Arxiv
20 İyun 2011, 10:46 | ÖLKƏ
Hitlerçi əsirlərin tikdiyi “Domsovet”: Hökümət Evinin tarixi... (FOTOLAR)

Azadlıq mübarizəsinin canlı şahidinin tikilməsi 20 il çəkib


Qədim odlar yurdu Azərbaycanın paytaxtı Bakı, Qafqazın inkişaf etmiş şəhərlərindən biridir. Çox zaman küləklər şəhəri adlanan Bakı öz gözəl küçələri, tarixi tikililəri ilə hər zaman  diqqət çəkə bilib. Doğma şəhərimiz, tarixi tikililər haqqında nə qədər məlumatlıyıq?
Modern.az saytı paytaxtımızdakı memarlıq nümunələrinin hansı məqsədlə, nə vaxt və necə ərsəyə gəldiyini araşdırır.
İlk olaraq Bakının mərkəzində yerləşən və “Domsovet”  kimi tanınan Hökümət Evinin binasından başlamaq qərarına gəldik. Bunun səbəbi var.
Binanın tarixi çox qədim olamasa da, bir çox tarixi proseslərin şahididir. Öncə onu qeyd etmək istərdik ki, xalqımızın azadlıq hərəkatı mənz bu binanın yerləşdiyi meydandan - Azadlıq meydanından başlayıb. Sovet hakimiyyəti öz qanlı əlini bu illərdə də üzərimizdən çəkmədi. 1990-cı il yanvarın 20-də sovet əsgərlərinin vəhşi müdaxiləsi nəticəsində həlak olan şəhidlərimizin bu bina qarşısından keçərək dəfn edilməsi yaddaşa həkk olunan mənzərədəir. 1991-ci ilin oktyabrnda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinə şahid olan bu tarixi memarlıq nümunəsinin Azərbaycan tarixində yeri olduqca mühümdür.

Bəs bu nəhəng və əzəmətli bina necə tikilib?

Azərbaycanlı memarların layihəsi keçib, amma təsdiqlənməyib

Ötən əsrin əvvəllərində Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra dövlət əhəmiyyətli binaların tikilməsinə ciddi əhəmiyyət verildi. Həmin dönəmdə Azərbaycanın sıravi respublikalardan deyil, neft ehtiyatı olan ölkələrdən biri olduğunu düşünsək, ölkəmizdə belə tikililərin daha da önəm daşıdığını deyə bilərik.

Binanın tarixi ilə bağlı məlumatları araşdırmaq üçün memar Nəriman Əliyevin köməyindən istifadə etdik. Bizimlə söhbət zamanı  Nəriman Əliyev tarixi bina haqqında danışarkən qeyd etdi ki, bina vaxtilə hökümət işcilərinin çalışması məqsədilə inşa olunub.

Rəsmi Moskva hazırkı Hökümət Evinin tikilməsi qərarına 20-ci illərin ikinci yarısında gəlib. 1924-cü ildə Bakıda hökümət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvələrinə qədər uzanır. Nəhayət ki, 1932 –ci ildə müsabiqə elan edilir. İki illik müzakirələrdən sonra 1934 –cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Diqqətçəkən məqam odur ki, bu müsabiqədə Azərbaycanın tanınmış memarlarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak edib.
“Onların əsərləri bu günə kimi ən layiqli əsərlər sırasındadır. Lakin, məlum səbəblər üzündən həmin layihə təsdiqlənmədi”-deyən N.Əliyev hesab edir ki, “Domsovet” həmin layihə üzrə tikilsəydi, daha yaxşı olardı. Lakin qərar qəbul etmək Azərbaycanın səlahiyyətində olmayıb. Münsiflər heyəti Moskvada otururdu.. Onlar müsabiqədən sonra qərara gəlirlər ki, müsabiqədə birinci yer  Lev Rudnevə verilsin.

Binanın layihəsi təsdiqləndikdən sonra, onun tikintisi üçün xüsusi yer secmək lazım gəlir. Şəhərin Qərb zonasından Şərqə doğru inkişaf etdiyini nəzərə alaraq mərkəzdə belə bir binanın tikilməsi məqsədəuyğun hesab edilir. Bu məqsədlə, mərkəzdə 6 hektardan artıq meydan seçilir. Qeyd edək ki, binanın qarşısında olan və hazırda “Azadlıq” adlanan meydan bütün keçmiş SSRİ ərazisində böyüklüyünə görə yeganədir. İkinci belə bir meydan isə Belarusun paytaxtı Minsk şəhərindədir. Lakin, bu meydanının ərazisi Azadlıq meydanından bir qədər azdır. Həmin meydanın ərazisi 6 hektara yaxındır.

Binanın tikiləcəyi ərazi müəyyənləşdikdən sonra 13 mərtəbəli sovetlər binasının tikilməsi qərarı təsdiq edilir. Lakin bu zaman təsdiq olunan layihədə nöqsanlar üzə çıxır. Belə ki, 1931 –ci ildə dövlət tərəfindən verilən qərara görə, Azərbaycanda tikilən memarlıq əsərlərində millilik xüsusiyyəti əks olunmalı idi. Lakin rus memarı tərəfindən hazırlanaraq təsdiq edilmiş layihədə belə xüsusiyyətlər yox idi. Buna görə də binanın ilkin formasında kiçik dəyişikliklər etmək qərarına gəldilər. İndi binada gördüyümüz çıxıntılar –dənizə tərəf olan tinlərdəki tağlar, məhz həmin dəyişikliyin nəticəsidir.  Tağlar əvvəlcədən olmayıb. Layihəni ölkənin millilik ornamentlərinin zərurliyi qərarına görə dəyişdirilib. Diqqətlə fikir versək, görmək olur ki, 13 mərtəbəli binada yalnız 3 mərtəbəli tağ var. Düzdür bu o qədər də dəhşətli səhv sayılmasa da,   memarlıq baxımından savadsızlığa yol verilib. Tağların ətrafında yaranan eyvanlarin heç birinə, binanın heç bir mərtəbəsindən və ya otağından çıxışın olmaması da həmin savadsızlığın nəticələrindən biridir. N.Əliyevin sözlərinə görə, burdan belə bir nəticəyə gəlmək olar ki,  həmin eyvanlar sadəcə olaraq, görkəm üçün-millilik xüsusiyyəti yaratmaq üçün inşa edilib.

Əsir düşən faşist əsgərlərinin zəhməti...

Binanın inşasına 1934-cü ildə start verilsə də, İkinçi Dünya müharibəsinin başlanması bu sahədə gedən işləri yarımçıq qoyur.  1945-ci ildə İkinçi Dünya müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatandan sonra yarımçıq qalan binanın tikinti işləri yenidən bərpa edilir. Azərbaycanda geniş yayılmış belə bir inanc var ki, Hökümət Evini əsir düşmüş faşist əsgərləri tikib. N.Əliyevin sözlərinə görə, doğurdan da binanın tikintisində fəhlə kimi əsir alınan alman əsgərlərin güçündən istifadə edilib. Faşist əsgərlərinin binanın tikintisində iştirak etməsi tarixin danılmaz faktıdır.

Uzun prossesdən sonra, nəyahət 1952-ci ildə bu binanın tikintisi başa çatır. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın son 3 mərtəbəsi təxirə salınır.

Bu 3 mərtəbəni tikməkdən nəyə görə imtina olunması bəlli deyil. Memar Nəriman əliyevin sözlərinə gprə, ilkin ehtimallardan biri ondan ibarətdir ki, ayrılan pul çatmayıb. Tikilməsi nəzərdə tutulan binanın 3 mərtəbəsi təxirə salınaraq, onun vəsaitilə sonradan layihəyə əlavə edilən milli tağlar inşa olunur. 

Hazırda Azadlıq meydanında ucalan tarixi memarlıq abidəsi 10 mərtəbədən ibarətdir. Binanın sahəsi isə təxminən iki hektara yaxındır. Küləklər şəhəri olan Bakı özünün bu əzəli xüsusiyyətini Hökumət Evinə təsiri ilə bir daha göstərib. Belə ki, binanın qurtaracağında olan çıxıntılar-sürahilərin çox hissəsi küləklərə və zamanının təsirinə tab gətirməyərək dağılıb. N.Əliyevin sözlərinə görə, indi həmin sürahiləri də bərpa etmək bir problemə çevrilib.

Bina ilk dəfə inşa olunanda bütün nazirliklərin orada yerləşdirilməsi planlaşdırılırdı. Ancaq bu gün heç də belə deyil.

Sovet memarlığında  Şirvanşahlar elementləri

Hazırda memarlıq abidəsi sayılan Hökumət Evi inşası başa çatdıqdan sonra bir neçə dəfə təmir olunub. Memar Nəriman Əliyevin sözlərinə görə, hər baş tikintiyə 50 il ömür verilir. Və o 50 ilin içində təyinatına görə, yenidənqurma işləri aparılır. Hökümət Evində də müəyyən təmir işləri aparılıb, xırda dəyişikliklər edilib. Bütövlükdə isə yenidənqurma işləri aparılmayıb. N.Əliyev eyni zamanda da bildirir ki, binada tikilinin zahiri görünüşünü dəyişdirən təmir işləri aparıla bilməz.  

Azərbaycanın tarixi memarlıq abidəsi olan bu tikiliyə bənzər ikinçi bir bina dünyanın heç bir ölkəsində yoxdur. Binada gördüyümüz tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayından götürülüb. Təbii ki, burda oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var. Belə ki, tağların ölçüləri fərqlidir. Şirvanşahılar sarayında tağlar sivri, hökümət evində isə qövsvaridir. Fərqli və oxşar cəhətləri olmasına baxmayaraq, hər iki tikili Bakı memarlığına xasdır.

Deyirlər hər gözəlin bir eybi olur. Tarixin möhtəşəmliyini özündə əks etirən bu möhtəşəm binanın yalnız bir qüsuru var. Bu gözəl binanın da eybi orasındadır ki, onunla üzvi əlaqəyə girə biləcək bir bina tapılmadı. Çünki onun fasadları elə həll edilib ki,  o hər tərəfdən tamamlanıb. Və ona nəyisə bağlamağa bir yer yoxdur. Bu gün fikir versəniz, görərsiniz ki, onun ətrafındakı binalar ondan bir az kənarda dayanıblar. Çünki, onunla bağlanmaq mümkün deyil, bu onun eybidir. Bina ortada heykəlsayağı bəzək kimi dayanıb. Ona nəsə yapışdırmaq mümkün deyil.

Memar N.Əliyev hesab edir ki, əgər belə bir problem olmasaydı, o meydanda başqa möhtəşəm kompazisiyalar yaratmaq olardı.

Qotik memarlıq üslübunda tikilən bu binanın inşasında istifadə olunan tikinti materialları, yerli və xaricdən gətirilən materiallar olub. 





Sədaqət SÜLEYMANOVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55 Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL 20 Sentyabr 2019, 17:54 Ceyhun Bayramov Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşdü 20 Sentyabr 2019, 17:51 Deputat əsasnamə imzaladı 20 Sentyabr 2019, 17:47 Məlahət İbrahimqızı deputat vəsiqəsinin girov qoyulmağını QINADI 20 Sentyabr 2019, 17:44 Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM 20 Sentyabr 2019, 17:41 Tacikistan nümayəndə heyəti “AzerGold”da olub 20 Sentyabr 2019, 17:35 Pompeo İlham Əliyevə məktub yazdı 20 Sentyabr 2019, 17:29 İlham Əliyev neftçiləri təbrik etdi 20 Sentyabr 2019, 17:25 Firudin Qurbanov Şamaxıda müraciətləri dinlədi 20 Sentyabr 2019, 17:20 “Azərişıq”Cənub regionunda yenidənqurma işlərini davam etdirir 20 Sentyabr 2019, 17:16 Özü şəhid oldu, 3 qardaşı veteran - Abdal-Gülablı dağlarında dolaşan ruh 20 Sentyabr 2019, 17:13 Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb 20 Sentyabr 2019, 17:02 Zəhərli maddələri yandıran şəxs cərimələndi 20 Sentyabr 2019, 16:58 Müdafiə NazirliyinKollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırılarını diqqətə çatdırdı 20 Sentyabr 2019, 16:39 BƏƏ-də keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb 20 Sentyabr 2019, 16:23 Azərbaycana qar yağacaq - İstirahət günlərinin HAVASI 20 Sentyabr 2019, 16:18 Beynəlxalq Bankın nümayədələri Bakı Mühəndislər Universitetində 20 Sentyabr 2019, 16:11 Gəncədə həlak olan ikinci polisin də ailəsi Prezidentə ünvanlanmış müraciətə QOŞULDU 20 Sentyabr 2019, 16:08 Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 16:02 Şairlik Yaradandan payıdı Musa Yaqubun 20 Sentyabr 2019, 15:58 Bakının ərəb turistləri - FOTOSESSİYA 20 Sentyabr 2019, 15:55 Deputat vəsiqəsini girov qoymaq hansı məsuliyyəti yaradır? - AÇIQLAMA 20 Sentyabr 2019, 15:47 Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib 20 Sentyabr 2019, 15:30 “Nar”ın baş sponsorluğu ilə intellektual yarış start götürür 20 Sentyabr 2019, 15:24 Nərimanovda narkotacir tutuldu - FOTOLAR 20 Sentyabr 2019, 15:22 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 15:08 Yol polisi Bakıda qayda pozan piyadaları SAXLAYIB 20 Sentyabr 2019, 14:55 Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib 20 Sentyabr 2019, 14:46 YAP Binəqədi Neft Daşlarına ekskursiya təşkil etdi 20 Sentyabr 2019, 14:44 Dəyirmi masada bəyanat qəbul edildi 20 Sentyabr 2019, 14:38 Emin Həsənli: “Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz” - MÜSAHİBƏ 20 Sentyabr 2019, 14:37 Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ 20 Sentyabr 2019, 14:27 Bakıda sosial şəbəkələrdəki söyüş, təhqir və böhtana YOX deyildi - FOTOLAR 20 Sentyabr 2019, 14:14 Nazirlik və komitələrə bu qədər PUL xərclənəcək 20 Sentyabr 2019, 14:09