Modern.az

İtaliyanın baş naziri sevgilisini öz əliylə ərə verib

İtaliyanın baş naziri sevgilisini öz əliylə ərə verib

İqtisadiyyat

27 İyun 2011, 10:23

İtaliyanın baş naziri Silvio Berluskoni adı bir zamanlar onunla da eşq dedi-qodularına qarışan keçmiş fotomodel, indiki nazir Mara Karfanyanı öz əliylə evləndirib.

Modern.az xarici mətbuata istinadən bildirir ki, “Maxim” kişi jurnalının "dünyanın ən seksual naziri" seçdiyi 36 yaşındakı Mara Karfanya 4 ildir birlikdə olduğu sevgilisi Marko Mezzaromayla evlənib. Baş nazir Berluskoni isə onların nikahında şahidlik edib. İtaliyanın baş naziri nikah mərasimində zarafatından da qalmayıb. O, kürəkən Mezzaromaya "Maranı sənə əmanət edirəm. Amma təəssüf ki, parlamentdəki sıx işlər üzündən bal ayınızı bir müddət təxirə salacaqsınız" deyib. Berluskoni Karfanyaya bir zamanlar "evli olmasam, dərhal səninlə qaçardım" demiş və bu sözlər böyük sansasiya yaratmışdı.

 

  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?