Modern.az

Füzuli Rzaquliyev: “Biz döyüşçülər canımızla, qanımızla torpaqlarımızı azad etməyə hazırıq...”

Füzuli Rzaquliyev: “Biz döyüşçülər canımızla, qanımızla torpaqlarımızı azad etməyə hazırıq...”

Ölkə

29 İyun 2011, 11:56

İyunun 24-də Kazanda  Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Qarabağla bağlı keçirdikləri görüşün nəticəsiz başa çatması işğal edilmiş Azərbaycan torpaqlarının hərb yolu ilə azad edilməsini gündəmə gətirib.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Modern.az saytına açıqlamasında bildirib ki, onun keçmiş döyüşçü sözündən heç xoşu gəlmir: “Biz həmişəlik döyüşçüyük. Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən keçmiş döyüşçü məfhumunu qəbul etməyəcəm.

Deyim ki, bizim qurumda danışıqlara ümid yoxdur. Çünki bu danışıq1ar erməni tərəfi ilə aparılır. Erməni məkiri, erməni riyası və rus şovinistliyi ilə birgədir. Erməni-rus xisləti belədir ki, onlar xoşaxoşluqla, siyasətlə, beynəlxalq hüquq normaları ilə bizim torpaqları işğaldan azad etməyəcəklər. Bunlar insanlıqdan kənar canlılardır. Ancaq zor göstərməklə o donuzları torpaqlarımızdan çıxarmaq olar. Biz əvvəldən torpaqlarımızın işğaldan azad edilməsinin yolunu bunda görürük”.

1994-cü ilin mayında əldə olunan atəşkəs məsələsinə toxunan birlik rəhbəri qeyd edib ki, o zaman atəşkəs lazım idi: “Qısa zaman kəsiyində, torpaqlarımızın qorunması üçün vahid komandanlıq yaranmalı idi. Ordunun modernləşdirməsi üçün vaxt lazim idi. İndi Allaha şükür, ölkəmizin iqtisadiyyatı güclənib, cənab Prezidentimizin də dediyi kimi ordumuz modernləşib, son pardda bu, bir daha özünü göstərdi, biz də orada idik. Bu gün ordumuzda hər şey yüksək səviyyədədir, sadəcə olaraq bir  əmr lazımdır ki, vətəni sevənlər qalxıb torpaqlarımızı işğaldan azad etsinlər. Bu işğala son qoyulsun. Onsuz da insan yarandığı kimi bir gün də öləcək. Döyüş bir sənətdir. Biz torpaqlarımızı işğadan azad etməliyik ki, xalqımız firavan yaşasın. Biz döyüşçülər canımızla, qanımızla buna hazırıq”.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır