Modern.az

“Bollivud”un ən gözəl aktrisası ana olmağa hazırlaşır...

“Bollivud”un ən gözəl aktrisası ana olmağa hazırlaşır...

30 İyun 2011, 13:28

“Bollivud”un ən gözəl cütlüyü sayılan Ayşivari Ray və Abişek Baççan nəhayət ki özlərinin ilk övladlarını gözlədiklərini bildiriblər. Modern.az “İndia Tayms” qəzetinə istinadən bildirir ki,  Abişekin atası, məşhur aktyor Amitabx Baççan özünün “Tvitter” səhifəsində tezliklə baba olacağı barədə koment qoyub. 

Qeyd edək ki, cütlük 4 il əvvəl İsveçrədə film çəkilişləri zamanı tanış olublar. Ayşivari Ray ilk əvvəl Abişekin çox pis ləhcədə danışdığı ingilis dilindəki sözləri anlamayıb. Aktrisa etiraf edib ki, nigahın ilk aylarında onlar çoxlu çətinliklərlə üzləşsələr də, bu mərhələni adlaya biliblər. İndi onlar körpə gözləyirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir