Modern.az

Məqalə müsabiqəsi iyulun 30-da başa çatacaq

Məqalə müsabiqəsi iyulun 30-da başa çatacaq

5 İyul 2011, 13:29

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycan Republikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş ümumrespublika məqalə müsabiqəsi iyul ayının 30-na kimi davam edəcək. Bu barədə Modern.az-a SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin analitik təhlil vərdişlərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi və stimullaşdırılması, yeni istedadların aşkara çıxarılmasıdır.

Müsabiqədə Azərbaycan Respublikasının paytaxtı və regionlarında, ali təhsil (dövlət və özəl) müəssisələrində ictimai və humanitar elmlər sahəsində əyani təhsil alan gənc bakalavr və magistrlər, eləcə də AMEA-nın və respublikanın digər elmi-tədqiqat institutlarında çalışan qiyabi təhsil alan magistrlər iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilmiş işlər müəllif ideyalarını əks etdirməli, analitik meyara cavab verməlidir. Təklif edilən ideyalar arqumentlərlə əsaslandırılmalıdır. Qeydlər və istinad edilən mənbələr göstərilməlidir. Münsiflər heyəti ideyanın yeniliyi və təhlilin dərinliyi ilə yanaşı, müəllif baxışını və üslubunu  da dəyərləndirəcəkdir. Oktyabr ayında müsabiqənin yekunlarına həsr edilən ümumrespublika konfransı keçiriləcək, qaliblər mükafatlandırılacaq və ən yaxşı işlərin toplu şəklində çap edildiyi kitabın təqdimatı keçiriləcək.

Müsabiqənin keçirilmə müddəti 15 aprel - 30 iyul 2011-ci il tarixidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi