Modern.az

Həbsxanadan qeyri-adi qaçış

Həbsxanadan qeyri-adi qaçış

7 İyul 2011, 10:47

Meksikada qeyri-adi hadisə baş verib. Maria del Mar Arjona adlı bir qadın həbsxanada olan ərini çamadan vasitəsi ilə qaçırmağa çalışıb. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, Maria sənədsiz silah gəzdirdiyinə görə 20 il azadlıqdan məhrum olan həyat yoldaşı Juan Ramirez Tijerinanı həbsxanada ziyarət edib. Əlində iri çamadanla ərinin ziyarətinə gələn qadın əri ilə əvvəlcədən hazırladıqları qaçış planını reallaşdırmağa qərar verib. Beləliklə, ər çətinliklə də olsa çamadanın içinə girib. Həbsxanadan çıxmağa çalışan qadının əsəbi vəziyyəti və çamadının böyüklüyü mühafizəçilərin diqətindən yayınmayıb. Muhafizə işçiləri çamadanı yoxlamaq istəyən zaman qadın və ərinin niyyəti məlum olub.
Maria del Mar Arjona həbs olunub, həyat yoldaşı isə çəzasını tamamlamaq üçün yenidən həbsxanaya göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi