Modern.az

FHN-dən əhaliyə dəm qazı XƏBƏRDARLIĞI – VİDEO

FHN-dən əhaliyə dəm qazı XƏBƏRDARLIĞI – VİDEO

Ölkə

11 Yanvar 2018, 16:12

Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

 

Modern.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

 

Məlumatda qeyd olunur ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:

 

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

- hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

- tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

 

Eyni zamanda, yadda saxlamaq lazımdır ki, dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

 

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA