Modern.az

Deputat, BDU-nun rektoru Abel Məhərrəmovla FOTOSÖHBƏT

Deputat, BDU-nun rektoru Abel Məhərrəmovla FOTOSÖHBƏT

Fotosöhbət

26 Noyabr 2009, 09:59

Modern.az saytı Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun ad günü ilə əlaqədar onunla FOTOSÖHBƏT Layihəsini təkrar təqdim edir.
Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Rumıniya Respublikasının ali dərəcəli «Komandor» ordeni, İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalı ilə təltif edilib. Rumıniya Respublikasının Ovidius Universitetinin və Türkiyə Respublikasının Kırıkkale Universitetinin fəxri doktorudur. 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 37 ixtirası vardır. 30-dək kimya elmləri namizədi və doktoru hazırlayıb.
1971-ci ildən Ümumittifaq Olefinlər Elmi Tədqiqat İnstitutunda operator, mühəndis işləyib. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002–2004-cü illərdə Qara dəniz universitetlər şəbəkəsinin prezidenti olub.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.




 

Nənəmin qucağındayam. O zaman hələ 1 yaşım tamam deyildi...(Ağdam 1950)

Ailə üzvlərimizlə, soldan birinci mənəm (Qərbi Azərbaycan-Amasiya1955)

Təzəcə tələbə olmuşdum (1966)

Ən böyük arzum ali məktəbə daxil olmaq idi...(1966)

Artıq arzuma çatmışam, BDU-nun kimya fakültəsinin tələbəsiyəm...(1967)

Laboratoriyalarda işləmək mənə xüsusi zövq verirdi…(1969)

Yenə də sevdiyim laboratoriya...(1970)

Ailə üzvlərimiz ilə (1971)

Aspiranturada oxuduğum illər…M.V.Lomonosov adına MDU-nun vaxtilə akademik Yusif Məmmədəliyevin işlədiyi laboratoriyasındada tədqiqat aparmaq mənə də qismət oldu…(Moskva-1973)

Elmi rəhbərim, dünya şöhrətli akademik N.S.Zefirovla…(Moskva 1974)

Namizədlik dissertasiyasının müdafiəsi ərəfəsində fakültə əməkdaşları ilə (Moskva-1974)

Kimyaçı olmağımı qətiləşdirdiyim kimi, artıq gələcək həyatımı da qətiləşdirmişdim…Rəhimə xanımla nışanlı olduğumuz zamanlar (1975)

Əlimə düşən ilk fürsətdə ailə üzvlərimi alimlik dərəcəsi aldığım Moskva ilə tanış etdim…(1982)

M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin elmi seminarında  (1982)

Elm, təhsil mərkəzi kimi Moskva hər zaman mənim ailə üzvlərim üçün də maraqlı olub…(1988)

Gərgin iş rejimi mənə çox az hallarda imkan verib ki, rəsmi formanı dəyişə bilim...(1991)

Artıq bir neçə ildir ki, doktorluq  dissertasiyasını müdafiə etmişəm... Kimya fakültəsinin dekanıyam...

Polşanın prezidenti Kvasnevski Azərbaycana səfəri çərçivəsində BDU-da...(1999)

UNECKO-nun Baş katibi Matsuura ilə ...(2001)

ECO-nun elm üzrə qızıl medalı təqdim edilərkən...(Tehran-2001)

Ümummilli liderlə birlikdə Avstriyada səfərdə...(2001)

Dünya şöhrətli həmyerlimiz Kərim Kərimov BDU-da...(2001)

Milli Məclisin rəhbərliyi BDU-da...(2001)

Milli Məclisin iclasında. “Təhsil haqqında” qanun müzakirə edilərkən...(2002)

NATO-nun baş katibi Corc Lord Robertsonla...(2002)

Dünya şöhrətli İhsan Doğramacı ilə... (2003)

Xalq şairi Bəxtiyar Vahabzadə BDU-da elmi yeniliklərlə tanış olur...(2003)

M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçi ilə...(Moskva-2005)

Professor Murtuz Ələsgərovla (2005)

Azərbaycan nümayəndə heyətinin tərkibində Çində...(2006)

Yanoniyanın baş nazirinin qəbulunda (2006)

Ərəbistanda səfərdə (2007)

Yenə Ərəbistan səfəri (2007)

Ən gərgin məqamlarda belə zahiri sakitliyi qorumaq lazım gəlir...(2008)

Cənab Prezident İlham Əliyev BDU-nun  yeni tədris korpusunun açılışında...(2008)

Rektor həmkarlarımla xarici səfərdə (2008)

Həyat yoldaşımla Yaponiyada (2008)

Vaxt olanda balıqçılığın hobbim olduğu yadıma düşür (2008)

Mürəkkəb texnikanı xoşlayıram (2008)

Akademik Vasim Məmmədəliyevlə ümrə ziyarətində

Mənim sevimli nəqliyyatım

Həyat yoldaşım Rəhimə xanımla

Nəvəm Ayanla

Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbovla (2009)

Sevimli tələbələrimlə...(2009)

Professor Aida İmamquliyevanın yubileyində...(2009)

Cənab Prezident İlham Əliyevlə Yaponiya səfərində

Cənab Prezident İlham Əliyev BDU-nun 90 illik yubileyində...(2009)

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunarkən (2009)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir