Modern.az

İlyas İsmayılovun oğlu 5 milyon girov müqabilində azad edilib (FOTOLAR)

İlyas İsmayılovun oğlu 5 milyon girov müqabilində azad edilib (FOTOLAR)

16 Avqust 2011, 15:01

Rusiyanın Çelyabinsk şəhərində həbsxana həyatı yaşayan Etimad İsmayılov həbsxanadan çıxıdı

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun Rusiyanın Çelyabinsk şəhərində həbsdə olan oğlu Etimad İsmayılov azadlığa buraxılıb. Modern.az “Kommersant” qəzetinə istinadən bildirir ki, məhkəmə Etimad İsmayılovu 5 milyon rubl girov müqabilində azad edib.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Modern.az-a  açıqlamasında xəbəri təsdiq edib.

Deputat bildirib ki, hazırda sənədləşdirmə işi ilə bağlı oğlunun Bakıya gəlişi gözlənilimir.

Etimad İsmayılov həbsxanadan azadlığa buraxılandan sonra da Çelyabinskini tərk etməyəcəyini bildirib. E.İsmayılov Çelyabinskdə qalacağını, buradakı korrupsiyaya qarşı mübarizə aparacağını söyləyib. O, həmçinin hər addımbaşı pozulan insan hüquqlarının da müdafiəsi üçün çalışacağının anonsunu verib.

Xatırladaq ki, №540368 saylı cinayət işi 24 avqust 2006-cı ildə qaldırılmış, bu cinayət işi Rusiya FSB-sinin Çelyabinsk şəhər şöbəsi tərəfindən davam etdirilmiş, E.İsmayılova 8 il həbs cəzası verilmişdi.
Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülmüşdü.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir