Modern.az

Televizorla bağlı şok xəbər - o siqaretdən daha zərərliymiş...

Televizorla bağlı şok xəbər - o siqaretdən daha zərərliymiş...

İqtisadiyyat

16 Avqust 2011, 15:46

Araşdırmaya görə, 90 dəqiqəlik televiziya proqramı və yaxud serial insan ömrünü 33 dəqiqə azaldır.

 

BBC-nin məlumatına görə, Avstraliyada aparılan bir tədqiqat göstərib ki, 25 yaşından böyüklərdə bir saat televiziya izləmək ortalama yaş müddətini 22 dəqiqə azaldır.

Bir siqaret çəkmək isə insan ömrünü 11 dəqiqə azaldır.

Queensland Universitetində aparılan araşdırmanın müəllifi olan alimlər gündə 6 saat televiziya izləməyin insan ömrünü 5 il azaltdığını aşkar etdiklərini deyirlər.

Alimlər televiziya izləməyin siqaret və köklük qədər ciddi sağlamlıq problemi olduğuna diqqət çəkiblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi