Modern.az

Mütəllibov Elçibəyin məzarını ziyarət edə bilməz?

Mütəllibov Elçibəyin məzarını ziyarət edə bilməz?

Ölkə

17 Avqust 2011, 13:17

Avqustun 8-də oğlu Azad Mütəllibovun dəfnində iştirak etmək üçün Bakıya gəlməsinə icazə verilmiş keçmiş prezidenti Ayaz Mütəllibov Fəxri xiyabana gedərək mərhum dövlət başçısı Heydər Əliyevin və görkəmli alim-oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Bununla bağlı açıqlamasında A.Mütəllibov “mənim bir fərd kimi formalaşmağımda və sonradan dövlət xadimi olmağımda Heydər Əliyevin müstəsna rolu olub” deyə bildirib.

Yayılan məlumatlara görə, A.Mütəllibov Fəxri xiyabanda olarkən Azərbaycanın digər eks-prezidenti Əbülfəz Elçibəyin də məzarını ziyarət edib.

Modern.az-ın əməkdaşı bunun həqiqət olub-olmadığını dəqiqləşdirmək üçün Ayaz Mütəllibovun həmsədri olduğu Sosial-Demokrat Partiyasının digər rəhbəri Araz Əlizadə ilə əlaqə saxlayıb.

“Ayaz Mütəllibovun Əbülfəz Elçibəyin məzarını ziyarət etməsi barədə xəbər nə dərəcədə doğrudur” sualın eşidəndə A.Əlizadə bunu qətiyyətlə təkzib etdi və bərk hirsləndi. A.Əlizadənin reaksiyasından belə anlaşıldı ki, 1992-ci ildə Elçibəyin başçılığı ilə hakimiyyətdən uzaqlaşdırılan Ayaz Mütəllibovun indi onun məzarını ziyarət eləməsi heç bir halda mümkün deyil.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!