Modern.az

Əli İnsanovun saytındakı bəzi yazılar silinib... (FOTOLAR)

Əli İnsanovun saytındakı bəzi yazılar silinib... (FOTOLAR)

Ölkə

17 Avqust 2011, 15:16

2005-ci ildə həbs edilən sabiq səhiyyə naziri Əli İnsanovun şəxsi internet saytında bəzi bölmələrin materialları silinib, amma veb-səhifə bu gün də açıqdır. www.insanov.az saytındakı “Xatirələr” və “Qonaq kitabı” bölməsindəki yazılar silinib.
Modern.az-ın məlumatına görə, “Xatirələr”  bölməsində sabiq nazirin bir sıra məsələlər və şəxslər haqqında xatirələri, “Qonaq kitabı” bölməsində isə ayrı-ayrı tanınmış və sadə insanların Əli İnsanov barəsində müsbət fikirləri yerləşdirilmişdi. İndi isə hər iki bölmənin materialları yoxdur.
Saytda eks-nazirin həyatı, elmi və ictimai fəaliyyəti barədə məlumatlar tapmaq olar. Amma Əli İnsanovun siyasi fəaliyyətinə dair əvvəllər saytda mövcud olmuş məlumatlar silinib.
Şəkillərə isə dəyilməyib. Sabiq nazirin mərhum dövlət başçısı Heydər Əliyev, hazırki Prezident İlham Əliyevlə yanaşı şəkilləri saytda qalmaqdadır.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.



Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür