Modern.az

Çəkiliş meydanından cərahiyyə stoluna - aktyor əməliyyat olunub

Çəkiliş meydanından cərahiyyə stoluna - aktyor əməliyyat olunub

Mədəni̇yyət

22 Avqust 2011, 16:44

“Ultionis” bədii filminin baş qəhramanı əməliyyat olundu

Ötən ilin noyabrından Azərbaycanda çəkilişləri davam edən “Ultionis” psixoloji trillerinin çəkilişlərində fasilə yaranıb. Səbəb baş rolun ifaçısı, gənc aktyor Əflatun Abdullayevin səhhətində qəfil yaranan problem olub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Nicat Qafuroğlunun verdiyi məlumata görə, aktyor elə çəkiliş meydanında özünü pis hiss edib: “Elə bir epizodu çəkirdik ki, Əflatunun üzündə əzab və yorğunluq  ifadəsi olmalı idi. Monitordan gördüm ki, bu əzab nəzərdə tutduğumuzdan daha çoxdur. Sən demə həmin vaxt onun içəridə orqanıarından biri partlayıbmış. Əvvəlcə onun zəhərləndiyini zənn edib, Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Müayinələr zamanı isə məlum oldu ki, təcili əməliyyat olunmalıdı. Əməliyyat Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda olundu. yenicə palataya köçürülüb. onun nə zaman çəkiliş meydanına qayıtmağını təbii ki, həkimlər müəyyənləşdirəcək”.

İnistutun cərrahı Ramin Qasımov bildirib ki, kəskin qarın ağrıları ilə gətirilən Əflatun Abdullayev pertonit  - başqa sözlə, apendisitin partlaması səbəbindən əməliyyat olunub. “Xəstənin vəziyyəti hazırda orta ağırdı”.

Qeyd edək ki,  “Qafuroğlu Film” Yaradıcılıq Birliyinin ekranlaşdırdığı “Ultionis” bədii filmində
Azərbaycanın xalq artisləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva, ümumilikdə 167 aktyor və aktrisa rol alıb. Nüfuzlu beynəlxalq müsabiqələrə göndəriləmək üçün nəzərdə tutula film 3 dildə  - Azərbaycan, rus, ingilis dillərində  səsləndiriləcək.  

Rejissorun bildirdiyinə görə, hazırda çəkilişlərin ən son mərhələsidir.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü