Arxiv
12 May 2018, 11:59 | HADİSƏ
Azərbaycanda onların hansı daha çox sevilir...

Türkiyə siyasəti, qardaş ölkədə fəaliyyət göstərən partiyaların işi hər zaman Azərbaycan politoloqlarının, siyasi partiyalarının diqqətində olub. Bununla yanaşı, Türkiyənin siyasi partiyalarına Azərbaycanda müəyyən münasibət sərgilənib. Məsələn, bir zamanlar Azərbaycanda Milliyətçi Hərəkət Patiyasına (MHP) xüsusi rəğbət bəslənilirdi.

Bəs indi vəziyyət necədir?

 

Modern.az saytı bu sualla bir neçə siyasi təşkilatlara müraciət edib.

 

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat  Fazil Mustafa deyib ki, Azərbaycanda çox çeşidli yanaşmalar var:

 

Daha çox rəğbət Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasına (MHP)  yönəlir. Amma indi Azərbaycanda partiya modeli bir az populyar deyil. Hansısa partiyaya simpatiyadan daha çox liderlərə münasibət mövcuddur. Bu baxımdan da  Rəcəp Tayyip Ərdoğan üzdə olduğuna, bir az  öz cizgisi ilə fərqlənən, cəmiyyət həyatına daha çox müdaxilə edən, yaxud mövqeyini bildirən lider olduğuna görə ona yönəlik  simpatiyalar və ya antipatiyalar yüksəkdir.  Lakin eyni performansı MHP-nin rəhbəri  Dövlət Baxçalıya aid etmək olmur. Ən azı  Türkiyədəki qədər xarizmatik lider olmadığına görə şəxsinə yönəlik bu qədər simpatik davranışlar yoxdur.  O, Türkiyə siyasəti içində nə qədər təsir gücünə sahib olsa da, beynəlxalq ictimaiyyət arasında eyni populyarlığı daşımır. Ərdoğan öz cinahının lideri olaraq, həm də beynəlxalq lider obrazındadır”.

Deputat qeyd edib ki,  Azərbaycanda Cumhuriyyət Xalq Partiyasına ( CHP) əvvəlki dövrlərdə olduğu kimi  izləyici, tutucu yanaşma yoxdur:

“Yəni hansısa bir siyasətçisi xüsusi dəstəklənmir. Ola bilsin, bir-iki nəfər simpatik  duyğular daşısın, lakin daha çox antipatik  yanaşma var. Azərbaycanda bir  çox hallarda Türkiyə siyasəti ilə barədə səviyyəsiz düşüncə  üslubu üstünlük təşkil edir.  Sanki bu mübarizə  Azərbaycanda gedir, oranın daxili siyasətinin komponentlərinin bura daşımağa çalışanlar var. Bu, yanlışdır. Regionun hansısa siyasətçisinə simpatiya duymaq olar.

Mənim yanaşmam daha çox Türkiyənin düşüncə adamlarına simpatiya ilə bağlıdır. Siyasət adamlarına eyni simpatiyanı daşımağın tərəfdarı deyiləm. Çünki kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq Azərbaycanla münasibət həmişə yüksək olacaq. Amma Türkiyədə bizim öyrənə biləcəyimiz çox dəyərli bilim adamları var və bunların üzərində simpatiya yoğunlaşması daha faydalı ola bilər. Siyasətçilərdən öyrənə biləcəklərimiz çox deyil. Biz siyasətdə daha mədəni, etiket qaydalarını gözləyən bir üslub qazana bilərik. Amma ağıl, yaxud  xüsusi düşüncə tərzi , problemlərin həllinə baxış gözlənilmir”.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş deputat Sabir Rüstəmxanlı  bildirib ki, Azərbaycanda MHP-yə münasibət onun kadr potensialı yaxud hər hansı seçkidə hansı mövqe tutması ilə bağlı deyil:

“Bu partiyaya maraq ümumiyyətlə Azərbaycanda  milli təfəkkürün, türkçülük şüurunun səviyyəsi, sevgisi ilə əlaqəlidir. Ona görə də partiyanın başına kim gəlirsə, o, heç vaxt əsas olmur. Azərbaycanlılar ideyanı sevirlər və  siyasi partiyaların əksəriyyəti  bu səbəbdən MHP-yə rəğbət bəsləyiblər. Amma bu gün seçkilərdə, indiki məqamda Azərbaycanın Türkiyədə hər hansı siyasi partiyanı dəstəkləməsi doğru deyil. Biz türk xalqının seçiminə və iradəsinə hörmət bəsləyirik. Növbəti seçim proseslərində xalq hansı partiyanı dəstəkləyirsə, hansına inanırsa, öz gələcəyini hansı partiya ilə bağlı görürsə, ona sayğı  göstəririk. Çünki Türkiyə ilə münasibətlərimizin ayrı-ayrı siyasi qrupların, liderlərin üstündən qura bilmərik. Türkiyəni bütövlüklə, xalqına , türklüyə, taleyimizdə oynadığı rola görə, Türk dünyasının  gələcəyi üçün sevirik və belə də davam edəcəyik”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib ki, ümumiləşdirilmiş formada Azərbaycanda hansı Türkiyə partiyasına maraq olduğunu demək olmur:

 

“Şəxsən bizim üçün Türkiyədə bu və ya digər partiyanın fəaliyyəti önəmlidir. Onun Türkiyə dövlətinə verdiyi töhfələr və Azərbaycanla münasibətlərin inkişafı istiqamətində atdığı addımlar əhəmiyyətlidir. Ritorika və boğazdan yuxarı vətənpərvərlik çağırışları dövrü çoxdan keçib. Bu baxımdan düşünmürəm ki, kim daha çox milliyətçi şüarları səsləndirirsə, o millətini daha çox sevir, xidmət edir. Bu konteksdən dəyərləndirmələrin son 25 il ərzində yanlış olduğunun şahidi olmuşuq. Ən əsas məsələ Türkiyə xalqının  razılığı və təbii ki, Azərbaycan - Türkiyə münasibətlərinin inkişafıdır. Əməkdaşlıq məsələsində bizim partiya Avropa İslahatçılar və Mühafizəkarlar Alyansı tərkibində Türkiyənin hakim partiyası ilə siyasi partiya adı altında təmsil olunur. Bu və ya digər tədbirlərdə, həmin təşkilat çərçivəsində keçirilən tədbirlərdə birgə iştirak edirik. Bəzən vahid ortaq mövqedən çıxış edirik. Türkiyənin bir başqa partiyasında təmsil olunsaydıq, yenə də eyni münasibətlər sərgiləyərdik.

Qənaətimə görə, ölkələrin bir-birinin daxili işlərinə müdaxiləsindən daha çox indiki məqamda bizim ümumi və ortaq maraqlar üzərində hərəkət etməyimiz vacibdir. Önəmli olan platformadır, yoldur. Bu yolda hansı təşkilat doğru yöndə irəliləyirsə, şübhəsiz ki, o təşkilat da bizim üçün prioritet təşkil edəcək”.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  qeyd edib ki, Müsavat Partiyasının MHP ilə münasibəti ən yaxşı halda qarşılıqlı anlaşma şəraitində olub:

“İndiki halda biz onların hər hansı daxili işinə qarışmamaq şərtilə müəyyən tənqidlərimizi söyləyə bilirik. Yəni hazırda MHP artıq hakimiyyət yönlü partiyaya çevrilib və müxalifətlikdən bir qədər kənardadır. Əsas məsələ ölkədə kimin hakimiyyətdə olması deyil. Əsas olan hakimiyyətin azad, demokratik seçki ilə  formalaşması, açıq mübarizədə qalib gəlməsidir.  Hazırda da seçkilərdə kim qalib gələcəksə, qardaş Türkiyə üçün “xeyirli olsun” deyəcəyik. Əslində  Türkiyədə normal demokratik cəmiyyətin olması bizim üçün həmişə önəmli olub. Digər tərəfdən şəxsən mən Türkiyədə müxalifətdə olan partiyalara daha çox rəğbət bəsləyirəm. Müsavat Partiyası da Türkiyədə özünü müxalifət hesab edən bütün partiyalarla əlaqə saxlamaqda maraqlıdır”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi şurasının üzvü Əli Orucovun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə hazırda  Türkiyədəki siyasi partiyalarla  əlaqələrin zəif olduğunu müşahidə edilir:

 

“Bunun  günahkarı təkcə biz deyilik. Onlar tərəfdən də təşəbbüslər göstərilmir. Türkiyənin müstəqillik dövründə  yenicə addımlayan gənc dövlət kimi bizə dəstəyi var idi, bu mənada  daha çox diqqət ayırırdılar. İndi Azərbaycan  dünyanın tanınmış ölkələrindən biridir, regionun  ən güclü dövləti hesab olunur. Lakin əlaqələr bir qədər azalıb.  AMİP olaraq bizim  Beynəlxalq Demokratik İttifaq  çərçivəsində  Türkiyənin indiki hakim partiyaları ilə əlaqələrimiz var. Bildiyiniz kimi AKP  mühafizəkar partiya hesab olunur və Beynəlxalq Demokratik İttifaqın üzvüdür.  Bu mənada həmin partiya ilə birlikdə tədbirlərimiz olub. Eyni zamanda  MHP ilə müəyyən təmaslar mövcuddur. Amma bu əlaqələr daha güclü, intensiv olmalıdır.

Bizim üçün Türkiyədəki siyasi partiyaların hansına rəğbət bəslənməsinin fərqi yoxdur.  Əsas olan Türkiyə xalqının seçimidir. Fərqli yanaşma ola bilər, müxtəlif insanlar dünya baxışlarına görə partiyalara yanaşa bilərlər. Lakin AMİP-in əməkdaşlığı AKP ilə olub”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03 “Azərbaycana qarşı təzyiq mexanizmi işə salmağa  çalışırlar”- Sevinc Fətəliyeva 18 May 2019, 15:37 Axtarışda olan 28 nəfər saxlanıldı 18 May 2019, 15:15 Dövlət Komitəsində Laçının işğalı anıldı 18 May 2019, 15:10 İranda 5 bala yaxın zəlzələ oldu 18 May 2019, 14:40 Deputat Pərvin Kərimzadə Azərbaycan-Avropa İttifaqı əlaqələrini şərh etdi 18 May 2019, 14:29