Modern.az

Sabah Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq

Sabah Milli Məclisdə dövlət büdcəsi müzakirə olunacaq

Aktual

21 May 2018, 11:08

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Modern.az-ın məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin sabah – mayın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

Belə ki, komitə tərəfindən 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə baxılacaq.

Bundan əlavə komitənin sabahkı iclasında “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır