Modern.az

Dövlət sirri təşkil edən məlumatların məxfilik müddəti uzadılır  

Dövlət sirri təşkil edən məlumatların məxfilik müddəti uzadılır   

Aktual

24 May 2018, 11:34

“Dövlət sirri haqqında” qanuna dəyişiklik edilir. Modern.az-ın məlumatına görə, qanun layihəsinin 10-cu maddəsinə (Məlumatların və onların daşıyıcılarının məxfiləşdirilməsi qaydası) 10.4-cü maddə əlavə edilir.

Dəyişiklikliyə görə, məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır.

Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır.

Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla dövlət sirri təşkil edən məlumat daşıyıcıların məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə