Modern.az

“Milli Məclisin səlahiyyətləri başqa quruma verilə bilməz” – Deputatdan dəyişikliyə ETİRAZ

“Milli Məclisin səlahiyyətləri başqa quruma verilə bilməz” – Deputatdan dəyişikliyə ETİRAZ

Aktual

25 May 2018, 11:31

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin qəbulu ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanuna dəyişiklik nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında komitə sədri Əli Hüseynli deyib.

 

O qeyd edib ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox mühüm sənəd olduğu üçün bu, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

 

Deputat Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb. Deputat eyni zamanda bildirib ki, Milli Məclisin səlahiyyətləri başqa bir quruma verilə bilməz.

 

“Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı