Modern.az

“Gəldilər, baxdılar, getdilər...” - Jurnalistlər binasının sakinləri indi problemin həllini GÖZLƏYİRLƏR

“Gəldilər, baxdılar, getdilər...” - Jurnalistlər binasının sakinləri indi problemin həllini GÖZLƏYİRLƏR

25 May 2018, 11:36

Mətbuat işçilərinin Bibiheybətdə - Yeni Salyan yolu 22 ünvanında  tikilmiş yaşayış binaları yol probleminə görə təhlükəli zona hesab olunur. Binaların yanından keçən magistral yolda qarşı tərəfdəki dayanacağa getmək üçün sakinlər ya sürətlə qaçmalı və ya maşınların azaldığı vaxtı gözləməlidirlər. Əks təqdirdə kimisə maşın vura bilər.

Problemin dəfələrlə işıqlandırılmasından sonra müvafiq qurumlar əraziyə baxış keçiriblər.

Bu barədə bina sakini, “Avtosfer.az”ın redaktoru Elməddin Muradlı Modern.az-a danışıb. O bildirib ki, qeyd edilən məsələnin yaxın zamanlarda həllinə ümid edilir:

“Məsələnin lap tezliklə həll olunması  gözlənilmir. Amma problemin işıqlandırılmasının bir nəticəsi olub. Daxili İşlər Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi, bununla bağlı göstəriş veriblər ki, məsələ dərhal nəzarətə götürülsün. Dünən əraziyə baxmağa gələnlər arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri, o cümlədən Dövlət Yol Polis İdarəsindən hərəkətin təşkili şöbəsinin rəisi, polkovnik Taləddin Axundov vardı”.


E.Muradlı qeyd edib ki, qurum nümayəndələri bir sıra məsələləri müzakirə ediblər:


“Onlar əraziyə baxış keçirdilər, alternativ yol, işıqforun, avtobus dayancaqlarının qoyulması, piyada keçidinin çəkilməsi məsələsini müzakirə etdilər. Və öz aralarında qurumların rəhbərliyinə  məlumatın verilməsi barədə razılığa gəlindi. Yəni məsələ DYP, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və BNA rəhbərliyinə məruzə olunacaq. Bundan sonra hansı qərar qəbul edilsə, ona uyğun addım atılacaq. Bizə dedilər ki, problem ən qısa zamanda həll olunmalıdır. Çünki artıq 5 ildən çoxdur ki, bu məsələ problem olaraq qalır və müzakirə edilir. Ümid edirik, yaxın zamanlarda problem həllini tapacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər