Arxiv
25 May 2018, 16:08 | TƏHSİL
Sinqapurda təhsil alan azərbaycanlı tələbə: “Dünyanı robotlaşdıracağıq” - FOTOLAR

Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam edirik. Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki  qonağı Fərman Dumanovdur. Fərman Dumanov hazırda Sinqapurun Nanyanq Texnologiya Universitetində mexanika mühəndisliyi üzrə təhsil alır.

Fərman  deyir ki, olimpiadaya gedən yolda ancaq uğur əldə edib.


“Ailəm mənə dəstək oldu”

“Ailəm uzun illər Moskvada məskunlaşdığından mən də orada doğulmuşam. Məktəb yaşımıza çatanda ailəm Azərbaycanda orta təhsil və tərbiyə almağımızı istəyib. Ona görə də Azərbaycana köçmüşük. İlk təhsilimi Gəncədəki orta məktəbdə almışam.6-cı sinfə qədər orada oxumuşam. 6-cı sinifdən sonra 7 və 8-ci sinifləri Gəncədəki türk liseyində oxudum. Həmin ərəfələrdə riyaziyyat üzrə olimpiada keçirilirdi. 6 nəfər qalib oldu və bizi Bakıya göndərdilər. Təhsilimin son 2 ilini Bakıda - Nərimanov ərazisində yerləşən liseydə davam etdirdim. Artıq riyaziyyata marağım hər gün bir az artırdı. Olimpiadaya marağı ailəm yaratdı. Çünki mən seçimimin riyaziyyat olduğunu deyəndə onlar mənə dəstək oldular. Belə deyək də, ailəm seçimimə müdaxilə etmədi”.


“Çinlilərlə yarışmaq çox çətindir”

Olimpiada qalibi ali təhsil almaq üçün niyə Sinqapuru seçdiyini belə izah edib.

“2014-cü ildə 2 dəfə bürünc medal qazanmışam. 2014-cü ilin mayında Bolqarıstan olimpiadasında bürünc medal, 2014-cü ilin iyulunda Beynəlxalq Riyaziyyat Olimpiadası və Cənubi Afrika Respublikasında da bürünc medal qazanmışam. 2015-ci ilin iyulunda Tayland beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafat almışam. Orta təhsili isə gümüş medalla bitirmişəm. Hazırda Sinqapurda ingilis dilində təhsil alıram. Birinci il çətin idi. Amma sonra bu çətinlik aradan qalxdı. Sinqapurda dünyanın hər yerindən tələbə təhsil alır. Sinqapur Asiya ölkəsidir. Əhalinin 70%-i çinlidir. Sinqapurda yaşayan çinlilərin çoxu yaxşı təhsil almış insanlardır. Onlarla yarışmaq da çətindir. Sinqapurda istənilən elmi öyrənmək mümkündür. Burada qış olmur, ancaq yaydır, günün necə keçdiyini adam hiss etmir. Vaxt su kimi keçir”.

“Qurbağa və əqrəb yemişəm”

Olimpiada qalibi üçün Sinqapurda yaşamaq ilk vaxtlar heç də asan olmayıb. Amma sonra hər şey dəyişib.


“Sinqapurun mətbəxi bizimlə müqayisədə çox fərqlidir. Burada olduğum müddətdə qurbağa və əqrəb də yemişəm. Biz çörəksiz keçinə bilmədiyimiz halda, onlar düyüdən, vermeşildən  istifadə edir. Satışda olan çörəyi avropalılar səhər yeməyi üçün alırlar. Sinqapurlular səhər də düyü yeyirlər.
Bir dəfə başıma gülməli əhvalat gəldi. Biz adətən yumurtanı qaynadıb bərk formada bişirəndən sonra yeyirik. Onlar isə çox yumşaq bişirib yeyirlər. İlk dəfə yumurtanı yeməkxanada götürüb yemək istəyəndə üstümə dağıldı. Sonra bildim ki, onlar yumurtanı bu cür yeyirlər.
İlk ildə Sinqapur mətbəxinə alışmaq çətin idi. Sonra alışdım və mənə çox rahat gəldi. Maraqlıdır ki, Azərbaycan  yeməklərini yeyəndən sonra adamı yuxu tutur. Amma Sinqapur yeməklərini yeyəndə belə hal yaşamaq olmur. Görünür, bizim mətbəx çox yağlıdır”.


“Usta yox, robotlar boyasın”

Elm və texnologiyanın imkişafına toxunan Fərman Dumanovun sözlərinə görə, gələcəkdə hər şey robotlaşacaq:

“İngilis dilini bilmədən özünü inkişaf etdirmək qeyri-mümkündür. Dövlət hesabına təhsil alıram. Magistr təhsilimi ya Amerika, ya da İngiltərədə almaq  istəyirəm. Təcrübəmi robot proqramlaşdırmada keçdim.Gələcəkdə süni intellekt üzrə təhsil almaq  istəyirəm. Çünki gələcəkdə bir çox işlər texnologiya ilə tətbiq ediləcək. Gələcəkdə özüsürən maşınlar olacaq. Artıq bunlar sınaqdan çıxarılır. Hazırda otaqları təmir edərkən divarları ustalar boyayır. Amma mənim bir layihəm var: “Usta yox, robotlar boyasın”. Gələcəkdə dünya belə olmayacaq. Bir gün süni intellekt dünyada hər şeyin dominantı olacaq. Məsələn, mətbuatdan Bayıl yamacının sürüşdüyünü oxuyuram. İnsanlar evi tikəndən sonra əli ilə divarı yoxlayır və deməli, burada heç bir problem yoxdur. Bütün dünyada da insan zəkası həmişə qalib gəlib. Halbuki, insan da səhv edə bilər. Amma biz təcrübə zamanı robotu otağa gətirdik. Robot divarın içində gözə görünməyən çatları daha yaxşı üzə çıxara bildi. Ona görə də gələcəkdə tikinti işlərinə də robotlar cəlb ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47