Arxiv
25 May 2018, 21:19 | TƏHSİL
Aprel şəhidinin oğlu AzEdu.az-a yazdı: “Anamdan xəlvət atamın paltarlarını öpürəm”

 

Azedu.az  təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

 

“Aprel 2016”   Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.  

 

Təqdim etdiyimiz  “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar. 

 

Bu dəfə,  Aprel  döyüşlərində həlak olan,  şəhid baş leytenant Mirzə Novruzovun oğlu Nihad Novruzovun atası haqqında yazdığı inşanı təqdim edirik.

 

Qeyd edək ki,  digər Aprel şəhidlərinin övladları əlyazma şəkilində inşa yazıb redaksiyamıza yollasalar da, Avropa Azərbaycan Məktəbinin 4 C sinifində oxuyan Nihad kompüterdə yazmağa üstünlük verdi.

 

Lakin bu, Nihadın yazdıqlarının səmimiliyinə, təsirliliyinə zərrə qədər xələl gətirmədi: 

 

Mən atam haqqında çox şey bilirəm. O, hərbçi idi. Məni də özü ilə bayramlarda əsgərlərin yanına aparardı. Mənə əsgər paltarı geyindirərdi. Sonra da baxıb fərəhlənərdi. Mən onun gözlərinin yaşardığını da gördüm. Ona həmişə əsgər salamı ilə salam verərdim. Balaca bacım da mənə baxıb mənim hərəkətlərimi təkrarlayardı. O, həmişə evə gələndə çox sevinərdik. O, gələndə üzündən öpərdik. Atam və onun əsgərləri “Vətənə xidmət edirik” deyəndə bunu anlamasam da, indi bilirəm ki,vətən yaşadığımız,üzərində xoşbəxt gəzib-dolaşdığımız torpaqdır. Bu torpaq uğrunda düşmənlərlə vuruşan, qəhrəmanlıq göstərənlər içərisində atam da var. Onun üçün çox darıxıram. Anamdan xəlvət onun paltarlarını öpürəm. Şəklinə  həmişə baxıb ona əsgər salamı verirəm, məktəbə gedəndə isə sağollaşıram. Dərslərimdən əla qiymətlər alıram və ona deyirəm. 

 

Aprel şəhidləri Azərbaycan Xalq Cümhuriyyətinin varisləridirlər. Mayın 28-də mən Fəxri xiyabanda olan şəhid məzarlarını ziyarət edəcəyəm. Burada atam Mirzə Novruzovun da məzarı vardır. Bayramın mübarək, atacan. Sən nağıllarda oxuduğum həqiqi qəhrəmanımsan. Səninlə fəxr edirəm. Hamınızın qisasın ermənilərdən alacağam. Hərbi həkim olacaq, əsgərləri sağaldacağam. Qoy uşaqlar atasız böyüməsinlər. Mən sənin üçün darıxsam da,anamı və bacım Nurayı darıxmağa qoymayacağam. Söz verirəm ki, sənə layiq övlad olacağam. Azərbaycanımı sənin qədər sevəcək,bu torpağı şərəflə qoruyacağam. 

 

DOSYE: Mirzə Novruzov  1984cü ildə  Bakıda anadan olub. Mirzə Novruzov ailəli idi, iki övladı yadigar qalıb.

 

Baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprelindəki   döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu  Bakıda - II Fəxri Xiyabanda son mənzilə yola salınıb.

 

Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41