Arxiv
2 İyun 2018, 11:46 | ÖLKƏ
“Əyalət padşahları” kresloya “ƏLVİDA” deyəcək

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri  gerçəkləşdirdi.

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı  sərəncamlarla ilə iqtidar komandasının bəzi üzvləri kənarda qaldı.

 

Baş nazir Artur Rasizadə təqaüdə göndərildi, onun yerinə Novruz Məmmədov gətirildi.

 

Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov da vəzifələrini itirdilər.

 

Əvəzində Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini postuna aparıldı.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən uzaqlaşdırılaraq, yerinə iqtisadiyyat nazirinin müavini  Sahil Babayev təyin edilib.

 

Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilən Heydər Əsədovun yerinə ASAN Xidmət-in sədri İnam Kərimov təyinat alıb.

 

Milli Məclisin deputatı  Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrliyində sələfi Əli Həsənovu əvəzləyib.

 

Yeni təyinatlar bununla bitməyib. Ceyhun Bayramov təhsil naziri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vəzifəsindən uzaqlaşdırılan Nazim İbrahimovun yerinə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 

Həmçinin, Səfər Mehdiyev vəzifəsindən azad edilən Aydın Əliyevin əvəzinə Dövlət Gömrük Komitəsinin sədriliyinə gətirilib.

Yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub. Milli Məclisin deputatı Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təyinat alaraq, sələfi Firudin Nəbiyevi əvəzləyib.

 

Daha sonra növbənin “əyalət padşahları”na çatacağı istisna edilmir. Söhbət rayon və şəhər icra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir.

 

Bunun əyani sübutunu  keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilən Binəqədi rayonunun keçmiş icra başçısı Xaləddin İsgəndərovun və Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun vəzifədən uzaqlaşdırılmasında gördük.

Gözlənilən odur ki, təmsil etdiyi bölgədə “at oynadan”, insanları saymayan, varidatını artıran rayon və şəhər icra başçıları tutduqları vəzifədən azad ediləcək.

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a danışıb.

 

Deputat ölkə başçısının kadr siyasətinin kifayət qədər praqmatik olduğunu qeyd edib.

 

“Bu baxımdan öz işini qura bilənlər fəaliyyətini davam etdirirlər, qura bilməyənlər isə vəzifədən uzaqlaşdırılırlar. Bu həm yüksək vəzifəli məmurlara, nazirlərə, komitə sədrlərinə aiddir. Eyni zamanda rayon və şəhər icra başçılarına da eyni münasibət ölkə başçısı tərəfindən sərgilənir”.

 

Fəzail Ağamalı bildirib ki, hökumətdə ciddi şəkildə həyata keçirilən kadr islahatları icra başçılarından da yan  keçməyəcək.

 

“Həyata keçirilmiş olan bu siyasətin məntiqinə söykənsək belə nəticəyə gələ bilərik ki, ölkədə keçirilən son prezident seçkilərindən sonra Azərbaycan hökumətində ciddi şəkildə həyata keçirilən kadr islahatları icra başçılarından da yan  keçməyəcək .

 

Etimadını itirən, xalqa xidmət etməyən, daha çox özünə xidmət edən, özünün varidatını artıran, təşəbbüslərə mane olan, sahibkarlığın inkişafına ciddi maneələr yaradanlar icra strukturlarından uzaqlaşdırılacaqlar . Onların yerinə daha müasir, ölkə başçısının müəyyən etmiş olduğu Yol Xəritəsinə uyğun olan insanlar təyin olunacaq. Buna heç bir şübhə yoxdur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Növbə Yevlaxa çatdı... 27 May 2019, 15:56 Jurnalist Səxavət Məmməd həbs edildi 27 May 2019, 15:55 Xurmanın faydaları – AQTA  maarifləndirir 27 May 2019, 15:54 ABŞ Çinlə ticarət sazişindən imtina edib 27 May 2019, 15:51 Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi 27 May 2019, 15:51 Təhsil naziri Tovuzda gimnaziyaya getdi 27 May 2019, 15:41 Roma Papası İlham Əliyevi təbrik etdi 27 May 2019, 15:37 101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47