Arxiv
2 İyun 2018, 16:44 | ÖLKƏ
Azərbaycan balansındakı ən müasir silahları nümayiş etdirəcək

“Bu ilin  iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi həsr olunmuş hərbi parad keçriləcək”.

 

Bunu Modern.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

 

Ehtiyatda olan polkovnik bildirib ki, budəfəki hərbi parad digərlərindən  bir neçə xüsusiyyətinə görə fərqlənəcək.

 

“Əvvəla, bu il iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyini qeyd edəcəyik. Həmçinin bu paraddakı geyim forması da digərlərindən fərqlənəcək . Bildiyimiz ki, Azərbaycan Ordusunun geyim forması dəyişib. Həmçinin paradda müasir artilleriya, raket qurğuları, mühəndis istehkam qurğuları, təyyarələr, digər döyüş və döyüş təminatına aid olan silah-sursat nümayiş olunacaq. Düşünürəm ki, bu paraddan sonra düşmən qorxu içində olacaq. Bizim xalqımız isə qürur hiss duyacaq ki, Azərbaycan Silahlı Qüvvələri bu cür inkişaf edib”.

 

Hərbi ekspert deyib ki, Azərbaycan hansı yolla olursa, olsun öz ərazi bütövlüyünü təmin edəcək.

 

“Bu gün  Silahlı Qüvvələrimizin hər bir üzvü Ali Baş Komandandan əmr gözləyir. Ordumuzda böyük ruh yüksəkliyi, vətənpərvərlik tərbiyəsi var.

 

Bu gün Azərbaycan əsgəri öz davranışı, döyüş hazırlığı ilə dünyaya nümunədir. Həmçinin bu gün ölkəmizin yüksələn iqtisadi potensialı Silahlı Qüvvələrin  inkişafına da öz təsirini göstərir.

 

Çünki bu gün güclü dövlət müasir silahlara malik ola bilər. Ali Baş Komandan, cənab prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ordumuz günü-gündən güclənir, dünyanın ən güclü orduları sırasına daxil olub. Bildiyimiz ki, Azərbaycan Ordusu mütəmadi olaraq çöl paradları keçirir. Mən çöl paradları dedikdə hərbi təlimləri nəzərdə tuturam. Həmin təlimlərdə əsgərlərimiz, zabitlərimiz nəyə qadir olduqlarını göstəriblər. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyətindən beynəlxalq yarışlarda iştirak edən hərbiçilərimiz var. Onlar həmin yarışlarda yüksək nəticələr əldə edirlər.

 

Ola bilsin ki, paradda nümayiş olunacaq silahlarımız gələcəkdə öz dağıdıcı imkanlarını düşmənə göstərəcək. Ermənistan Silahlı Qüvvələrini yerinə oturdacaq. Buna bizim həm dövlətimiz, həm də ordumuzun gücü imkan verir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəbələrə imtahansız qəbul ediləcək kollec məzunları onlar olacaq 23 May 2019, 11:53 Qarabağ klanı Paşinyanı devirməyə and içdi 23 May 2019, 11:51 Qadınlara qarşı zorakılıqla bağlı ŞOK STATİSTİKA 23 May 2019, 11:43 İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib 23 May 2019, 11:41 Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb 23 May 2019, 11:40 Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12