Arxiv
5 İyun 2018, 14:22 | ƏDƏBİYYAT
Vaqif Səmədoğlunun XANIMI: “Onun hər sözündə atmaca var idi”  

Bu gün Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Vaqif Səmədoğlunun doğum günüdür.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirib. 1963–1971-ci illərdə Konservatoriyda müəllim işləyib. 1968-ci ildən «Azərbaycan Ensiklopediyası» nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenarist, 1992-ci ildən «Oğuz eli» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilib. Müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evli idi, 3 övladı var. 

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib, Birinci Fəxri xiyabanda dəfn olunub.


Modern.az
saytı Xalq şairinin doğum günü münasibətilə onun həyat yoldaşı Nüşabə Vəkilova ilə həmsöhbət olub.


Nüşabə xanım deyir ki, Vaqif Səmədoğlu  təmtəraqlı adam deyildi və təmtərağı da sevməzdi:


“Buna görə də o,  doğum günlərini ailəsi ilə birlikdə, sakit keçirirdi. Bilirsiniz, Vaqifin boşluğunu doldurmaq çox çətindir.  Səməd Vurğunun ev-muzeyi ilə başımı qatmağa çalışıram. Yəqin ki, muzey olmasaydı vəziyyət daha çətin olardı. Vaqifin yazıları, qoyduqları ilə məşğul olmaqla yerini doldurmağa  çalışıram”.

Nüşabə Vəkilova  Vaqif Səmədoğlunun yoxluğunu hər gün, hər saat hiss etdiyini deyir:

“İnanın, bu belədir... .İnsanı necə unutmaq olar?  Vaqif bu saat bu evdədi, öz kabinetindədi, əşyalarındadı, muzeydədi, büstündədi – hər şeydə Vaqif var. Mən həyat yoldaşımdı deyə demirəm, Vaqif necə ki, yaradıcılığında qeyri-adi idi, eləcə də bütün yaradılışı başdan-ayağa qeyri-adi olub. Bu adamla darıxmaq olmurdu. 

Birdən elə söz deyirdi, elə atmacalar atırdı ki... Onun hər sözündə atmaca var idi. İnsanın ovqatını tamam dəyişirdi. Vaqifi heç kəslə müqayisə etmək olmaz. O, tamamilə başqa adam idi”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəbələrə imtahansız qəbul ediləcək kollec məzunları onlar olacaq 23 May 2019, 11:53 Qarabağ klanı Paşinyanı devirməyə and içdi 23 May 2019, 11:51 Qadınlara qarşı zorakılıqla bağlı ŞOK STATİSTİKA 23 May 2019, 11:43 İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib 23 May 2019, 11:41 Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb 23 May 2019, 11:40 Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12