Modern.az

255 min hektara yaxın istifadəsiz torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib

255 min hektara yaxın istifadəsiz torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib

Aktual

6 İyun 2018, 13:33

Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, bunu Əmlak Məsələri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. 

 

R.Cəlilov bildirib ki, aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

 

Onun sözlərinə görə, monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb, Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

 

R.Cəlilov vurğulayıb ki, mülkiyyət növündən və təyinatında asılı olmayaraq bütün torplaqların uçotu komitə tərəfindən aparılır. O qeyd edib ki, komitə bu işləri yeni texniki vasitəlrələ həyata keçirir: “Bütün ölkənin ərazisi mühəndislər tərəfindən  dəqiq ölçülür.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır