Arxiv
9 İyun 2018, 15:34 | İQTİSADİYYAT
Bəzi icra başçıları etimadı İTİRİBLƏR - Deputat onların yola salınacağını proqnozlaşdırdı

Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri  gerçəkləşdirdi.

İndi növbə rayon və şəhər İcra hakimiyyətlərinin başçılarına çatıb. Son günlər bəzi icra baçşılarının vəzifədən kənarlaşdırlıması bunun əyani sübutudur. Yasamal, Binəqədi, Gədəbəy, Naftalan, Tovuz, Ağdam rayon İcra hakimiyyətlərinə  başçılıq edən məmurların “vurulması” təsadüf deil.

Bəs icra başçılarının dəyişdirilməsi nədən qaynaqlanır? Onlar niyə etimadı lazımınca doğrulda bilmirlər?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az saytına deyib ki, bu proses kadr islahatlarının tərkib hissəsidir:


“Bilirsiniz, növbədənkənar prezident seçkilərindən sonra Azərbaycan Konstitusiyasına  əsasən, yeni hökümət təşkil olundu və ciddi kadr dəyişiklikləri baş tutdu. Yəni yuxarı icra orqanlarında həm struktur, həm də  kadr dəyişiklikləri  reallaşdı. Təbii ki, bu, islahatların tərkib hissəsidir. Aparılan islahatlar, 9 istiqamət üzrə olan konsepsiyanın ən mühüm tərkib hissələrindən biri də yerlərdə intizamın möhkəmləndirilməsi və bu kimi başqa işlərdir. Əlbəttə, bunun davamının olmasını arzulayardım. 
Prezident yuxarıdan inqilabi dəyişikliklərə başlayıb. Və birmənalı şəkildə qarşıya vəzifə qoyulub ki, təyin edilən kadrlar düzgün işləsinlər, özlərini doğrultsunlar. Əgər Nazirlər Kabinetində 30-40 nəfər ən yüksək çinli hökümət üzvü varsa və onlarla bağlı dəyişiklik olubsa, rayon-şəhər icra orqanları bir növ orta pillə icra orqanlarıdır, həm də çoxsaylıdır. Təbii ki, bunlar arasında özünü doğruldanlar, doğrultmayanlar, prezidentin tapşırıqlarını yerinə yetirə bilməyənlər, qanunları yaxşı icra etməyənlər də olub.  Bu baxımdan islahatlar davam etməlidir”.


Deputat qeyd edib ki, bəzi icra başçıları özlərini doğrulda bilmirlər:

“Hesab edirəm ki, bu proses birinci növbədə  cənab prezidentin kadr siyasətinin tərkib hissəsidir. İcra nümayəndələri, rəhbərləri özünü doğrultmurlar. Normal olaraq onlar işindən azad edilir və ya dəyişdirilir. Burada başqa məna axtarmaq istəməzdim. Burda hər hansı bir bəhanə əsas götürülə bilər. Amma əsas səbəb prezidentin islahatlarıdır. Ölkə başçısı qarşıya bir məsələ qoyub. Bütün səviyyələrdə qanunsuzluqlar aradan qaldırılmalıdır. Görürsünüz, BMT təşkilatlarında belə, bizim “Asan Xidmət”i Azərbaycan brendi kimi müzakirə edirlər. Getdikcə Azərbaycanda korrupsiyaya, qanunsuzluğa qarşı mübarizə artır. Cəmiyyətdə xalqın etimadını doğrultmağın bir yolu var. Təmiz kadrlar yerləşdirilməli, özünü doğrultmayanlar kənarlaşdırılmalıdır ki, xalqın sənə sevgi və hörməti olsun. Əks halda bu, yaxşı effekt verməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03 “Azərbaycana qarşı təzyiq mexanizmi işə salmağa  çalışırlar”- Sevinc Fətəliyeva 18 May 2019, 15:37 Axtarışda olan 28 nəfər saxlanıldı 18 May 2019, 15:15 Dövlət Komitəsində Laçının işğalı anıldı 18 May 2019, 15:10 İranda 5 bala yaxın zəlzələ oldu 18 May 2019, 14:40 Deputat Pərvin Kərimzadə Azərbaycan-Avropa İttifaqı əlaqələrini şərh etdi 18 May 2019, 14:29 Dilənçiliklə məşğul olan 9 qadın saxlanıldı 18 May 2019, 14:25