Arxiv
9 İyun 2018, 20:55 | MƏDƏNİYYƏT
Fazil Mustafa astroloqa CAVAB VERDİ: “Səbuhi Rəhimli adlı bir falçı...”  

Milli Məclisin deputatı Fazil Mustafa tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimliyə onun haqqında səsləndirdiyi fikirlərə görə cavab verib.

Modern.az-ın məlumatına görə, F.Mustafa deyib:

"Klassik hərəkatçılardan eşitdiyimə görə, mərhum Elçibəy deyirmiş ki, mən Fazili Türkiyəyə göndərdim ki, türkçülüyü öyrənsin, o isə gedib nurçuluğu öyrəndi". Bu sözləri Səbuhi Rəhimli adlı bir falçı yazıb. Sonra da deyiirlər ki, bu böhtançılara niyə sərt cavab verirsən? Böhtançıya necə cavab verilər, lütfən izah etsinlər, nəzərə alıb o cür də davranaq. Adam arada ulduz falına baxır, hər il başlanğıcında həmin il barədə ulduzların ona nə pıçıldaşdığından danışır, burdan-bura ulduzlardan soruşa bilmir ki, mərhum Əbülfəz Elçiibəy həyatında bir dəfə də olsun Fazil Mustafa barədə bircə kəlmə də narazılıq ifadə edən söz söyləyibmi? Kitabları açın, kasetləri araşdırın, o zamanın şahidi insanlardan soruşun! Zavallı falçı, mənə böhtan atmaq istəyirsinzsə, birbaşa özümlə bağlı sözlərinizi ifadə edin, mərhum Əbülfəz bəyin adından bu cür qarayaxmaları niyə icad edirsiniz?”.

Fazil Mustafa xatırladıb ki, Əbülfəz Elçibəyin vəfat etdiyi günə qədər onun siyasi məsələlər üzrə müavini olub, orta məktəb şagirdi olandan onun gizli siyasi təşkilatında çalışıb, bütün siyasi mübarizəsində, Kələkidə belə birlikdə olub:

“Türkiyədə belə onun yeganə təmsilçisi olmuşam və hətta vəfat edəndə belə son vəsiyyətlərini öz istəyi üzrə mənə təqdim ediblər ki, üslubunu düzəldim, bu qədər etimaddan sonra Əbülfəz bəy mənə niyə bu sözləri söyləməliydi? Başqa bir cahilin də sözü bitən kimi, "ona görə xoşlamıram ki, Əbülfəz bəyi satdı" deyir. Bu böyük şəxsiyyət vəfat edən günə kimi onunla birlikdə olan bir adam onu necə sata bilər? Əgər siyasətdə bu gün mənim mövqeyimdən gedirsə, ağlı başında olan insanlar bütün mesajlarımdan, davranışlarımdan, yazılarımdan, çıxışlarımdan milli ideyalarımızı daha səmiimiyyətlə gerçəkləşdirməyə çalışdığımızı görmürlərmi?

Din məsələsinə gəldikdə isə, mərhum Əbülfəz bəylə bu baradə çox maraqlı müzakirələr aparmışıq, gəldiyimiz ortaq qənaət bu olub ki, İslam deyiləndə müsəlman tanıtımından başqa istər nurçu olsun, istər falçı olsun, istər də başqa adlarla özünü tanıtım olsun, hamısı cəfəngiyyatdır. Vicdanınıza baxa bilmirsinizsə, heç olmazca falınıza doğru-dürüst baxın”.

Xatırladaq ki, jurnalist-ilahiyyatçı Rəsul Mirhəşimli ilə Fazil Musata arasındakı davada birincini dəstəkləyən Səbugi Rəhimli deyib:

“Fazil Mustafanın savadına şübhəm olmasa da, çox məqamlarda göstərdiyi mövqe və manevri zərərli olur. Bildiyi şeylə bilmədiyi şeyi təkzib etmək istəyir, özü də radikal və millət vəkili adına yaraşmayan formada. Mən Rəsul haqqında dediklərimi Fazil bəy haqqında deyə bilmərəm. Ən azından ikinci şəxs idarə edən siyasətdə yox, idarə olunan siyasətdədir. Klassik hərəkatçılardan eşitdiyimə görə, mərhum Elçibəy deyirmiş ki, mən Fazili Türkiyəyə göndərdim ki, türkçülüyü öyrənsin, o isə gedib nurçuluğu öyrəndi.
Nə baş verməsindən asılı olmayaraq, son məsələdə Rəsul Mirhəşimli haqlıdır və biz haqqın tərəfində duracağıq. Sabah Fazil bəyə də həqarət olunsa, eyni mövqedən çıxış edərik..”.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” filmi 4 festivalda uğur qazanıb 19 May 2019, 10:24 Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur - FOTOLAR 19 May 2019, 10:03 Saatlıda 80 yaşlı kişi özünü güllələdi - SƏBƏB 19 May 2019, 10:01 ABŞ Azərbaycana QADAĞA qoya bilər   19 May 2019, 09:53 Bakıda ana və azyaşlı qızı itkin düşdü 19 May 2019, 09:33 Bu gün II və III qrupları üzrə qəbul imtahanı keçirilir 19 May 2019, 08:52 Bakıda 77 yaşlı qadın yanğında öldü 19 May 2019, 00:49 Elektron sənədlərin qeydə alınması proseduru dəyişib 19 May 2019, 00:33 Helikopter qəzasında iki nəfər öldü 19 May 2019, 00:14 “Avropa Birliyi Azırbaycanla əməkdaşlıqda maraqlıdır” - Sona Əliyeva 18 May 2019, 23:57 “Zağulba Mall”da yanğın söndürüldü – Rəsmi 18 May 2019, 23:29 “Eurovision 2019” müsabiqəsi başa çatdı - Niderland təmsilçisi qalib olub 18 May 2019, 23:09 İnam Kərimov Goranboyda  fermerləri dinlədi - FOTO 18 May 2019, 22:53 Zağulbadakı yanğında 2 FHN əməkdaşı xəsarət aldı 18 May 2019, 22:36 Neft hasilatının azaldılması üzrə OPEK+ razılaşmasının müddəti uzadılır 18 May 2019, 22:12 Çingiz Mustafayevdən dünya azərbaycanlılarına müraciət - VİDEO 18 May 2019, 21:49 Qum fırtınası səbəbindən şagirdlər təxliyə edildi 18 May 2019, 21:28 Azyaşlı yol qəzasının qurbanı oldu 18 May 2019, 21:07 Bakıda ticarət mərkəzində yanğın: Xəsarət alanlar var - VİDEO 18 May 2019, 20:47 Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil 18 May 2019, 20:32 Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq 18 May 2019, 20:18 İranda qadın futbolçular bunu da etdi - FOTOLAR 18 May 2019, 20:00 İlham Əliyev kamerunlu həmkarını təbrik etdi   18 May 2019, 17:25 Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd ediləcək 18 May 2019, 17:01 Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı 18 May 2019, 16:59 Jurnalist Fuad Abbasov Moskvada saxlanıldı - deportasiya edilir  18 May 2019, 16:54  “Komandir” Ağdamda - FOTOLAR 18 May 2019, 16:42 Koçaryan azadlığa buraxıldı 18 May 2019, 16:33 Qlobal Jurnalistlər Birliyi: Akkreditasiya problemləri həll ediləcək 18 May 2019, 16:11 “Nə yaxşı görüşdük, nə yaxşı yenə” – Ənvər Rza anıldı - VİDEO 18 May 2019, 16:03 “Azərbaycana qarşı təzyiq mexanizmi işə salmağa  çalışırlar”- Sevinc Fətəliyeva 18 May 2019, 15:37 Axtarışda olan 28 nəfər saxlanıldı 18 May 2019, 15:15 Dövlət Komitəsində Laçının işğalı anıldı 18 May 2019, 15:10 İranda 5 bala yaxın zəlzələ oldu 18 May 2019, 14:40 Deputat Pərvin Kərimzadə Azərbaycan-Avropa İttifaqı əlaqələrini şərh etdi 18 May 2019, 14:29