Modern.az

"Medvedev qızları" prezidenti "yandırdılar"

"Medvedev qızları" prezidenti "yandırdılar"

Ölkə

16 Sentyabr 2011, 09:05

Rusiya prezidenti Dmitri Medvedevin yeniden ölkə başçısı seçilməsi üçün ona destek verən gənc pərəstişkarları tərəfindən ad gününə hədiyyə edilən iPhone telefonunun qara bazardan alındığı ortaya çıxıb.

Moskvadakı “Apple” mağazasının səlahiyyətlisi Lyudmila Syomuşina deyib ki, Rusiyaya qanuni yollarla gətirilən mobil telefonların seriya nömrəsi RR/A hərfləri ilə bitir. Amma "Medvedev qızları" tərəfindən prezidentə hədiyyə edilən telefonun seriyası Avropa və ya ABŞ-da satılan modellərdəki kimi ZA hərfləri ilə qurtarır, bu isə o deməkdir ki, həmin aparat qara bazardan alınmıç qaçaqmaldır.

"Medvedev qızları"ndan Alisa Meşeriyakova isə olaydan çox çaşdıqlarını və bunda bir səhv olduğuna inandıqlarını söyləyərək cihazı Moskvadakı bir mağazadan satın aldıqlarını deyib.

Rus mətbuatı yazıb ki, həmin mağaza telefonu qara bazardakı bir şəbəkədən aldığını artıq etiraf edib.

Mağazanın adı açıqlanmayan səlahiyyətlisi "kimsə indiyədək bizim satdığımız mallardan şikayətçi olmayıb, nəticədə müştəri üçün daha ucuz mal təklif edirik" deyib.

Üzərində Medvedevin və Kremlin fotoşəkili olan "Dimaphone" adlı 34 min rubl (822 avro) dəyərindəki telefonu prezident medvedev onsiz da istifadə edə bilməz. Çünki ölkə qanunlarına görə, dəyəri 3 min rubldan (71 avro) çox olan hədiyyə qəbul etmək dövlət qulluqçuları üçün qadağandır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü