Modern.az

Putin: “Mənim siyasətdən getməyimi görməyəcəksiniz”

Putin: “Mənim siyasətdən getməyimi görməyəcəksiniz”

3 Dekabr 2009, 17:42

Vladimir Putin 2012-ci il prezident seçkilərində iştirak etmək niyyətindədir. Modern.az-ın Rusiyanın “İnterfaks” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Rusiyanın  baş naziri Vladimir Putin “Vladimir Putinlə söhbət.Davam” proqramı çərçivəsində televiziya tamaşaçılarının suallarını cavablandırarkən bildirib.  2012-ci il prezident seçkilərində özünün iştirakı ilə bağlı suala cavab verərkən Putin ”mən fikirləşəcəm” deyib.

Hökumət başçısı qeyd edib ki, bu məsələ ölkənin gələcək  sosial-iqtisadi durumundan asılı olacaq. Onun sözlərinə görə, indi  2009-cu ildir və qarşıdan gələn prezident seçkiləri barədə düşünmək hələ tezdir. O, əlavə edib ki, baş nazir postunda qarşısına qoyulan cari işləri 2012-ci ilin seçki kampaniyasına tabe etmək düzgün olmazdı.

 

Özünün siyasətdən getməsinin mümkünlüyü barədə verilən suala cavab verərkən Putin “Mənim siyasətdən getməyimi görməyəcəksiniz” deyib. Bununla belə, baş nazir Medvedev-Putin tandemini yaxşı münasibət kimi xarakterizə edib. 

 

“Biz uzun müddətdir ki, bir-birimizi tanıyırıq və bir yerdə işləmişik, eyni bir universiteti bitirmişik. Beləliklə də biz eyni  müəllimlərdən  dərs almışıq, onlar bizə təkcə bilik verməyiblər, həm də ümumi prinsipləri aşılayıblar. Bu prinsiplər bizə bu gün səmərəli işləməyə imkan verir”-deyə Putin bildirib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır