Modern.az

Məktəblərdə hicab qadagası yığışdırılır

Məktəblərdə hicab qadagası yığışdırılır

Ölkə

16 Sentyabr 2011, 11:54

Yeni dərs ilinun başlanmasına bir-iki gün qalmış Bakı Şəhəri üzrə  Təhsil İdarəsi bəyan etdi ki, orta məktəbələrə hicabla gələn qız şagirdlər dərsə buraxılmayacaqlar. Amma dünən paytaxtın bəzi məktəblərində bununla bağlı istisnalar oldu. Belə ki, əməkdaşlarımız Bakı məktəblərində hicablı qızların dərsə buraxıldğının şahidi olublar.

Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı yalnız bir cümlə ilıə fikrini ifadə edib. “Biz bu məsələni artıq qapatmışıq və şərh vermək istəmirik”.

Bakıda hicablı qızların orta məktəblərə buraxılmaması bir neçə ildir ciddi problemə çevrilib. Başda təhsil naziri Misir Mərdanov olmaqla rəsmilər hicab məsələsinə münasibət bildirərkən deyiblər ki, Azərbaycan məktəbində hamı dərsə məktəbli forması ilə gəlməlidir.
Artıq bir ildən çoxdur bu məsələyə etiraz edən dindarlar Təhsil Nazirliyi və digər qurumların qarşısında müxtəlif etiraz aksiyaları keçirirlər. Orta məktəblərdə hicab qadağasını ləğv etmək üçün bu yaxınlarda “Prezidentə 100 minlik müraciət” adlı kampaniya da təşkil olunub və yekunlaşıb.
Tanınmış şəxslərin də qoşulduğu kampaniyanın yekununda ölkə başçısına hicablı qızların dərsə buraxılması xahişilə 100 min imzanın qeyd edildiyi müraciət ünvanlanıb.

Bəzi məlumatlara görə, məktəblərdə hicab qadagası yumşaldılır. Ona görə də hicablı qızların dərsə buraxılmasına ciddi manelər yaradılmır...

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır