Modern.az

«Təfəkkür» Universitetinin prorektorunun meyiti tapılıb

«Təfəkkür» Universitetinin prorektorunun meyiti tapılıb

Ölkə

16 Sentyabr 2011, 12:07

Bu gün səhər saatlarında Yasamal rayonu, Şərifzadə küçəsi 8-də, ATV telekanalının arxasındakı binada yaşayan Tariyel Əhmədovun meyiti tapılıb. Hüquq-mühafizə orqanlarından “Üç nöqtə” qəzetinə verilən məlumata görə, mərhumun meyiti həmin ərazidəki idman meydançasından tapılıb.

Hələlik ölümün səbəbi bilinməsə də, T.Əhmədovun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını dəyişməsi versiyaları irəli sürülür. Hazırda Bakı şəhər Baş Polis İdarəsinin, Yasamal RPİ-nin rəhbərliyi hadisə yerindədir. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Yasamal RPİ-nin 28-ci polis bölməsindən  meyitin baş nahiyyəsində xəsarət izləri aşkar olunduğu bildirilib. Hazırda bununla bağlı araşdırma aparılır. Xəsarət yıxılma nəticəsində və ya küt alətlə vurulması barədə hər hansı konkret rəy verilmir.

Mərhum Tariyel Əhmədov «Təfəkkür» Universitetinin prorektorudur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?