Modern.az

Azərbaycan "Miras"ı Gürcüstanda (FOTOLAR)

Azərbaycan "Miras"ı Gürcüstanda (FOTOLAR)

Mədəni̇yyət

19 Sentyabr 2011, 10:51

Rejissor   Fariz   Əhmədovun  “Miras”   sənədli   filmi   sentyabr  ayının  17-dən 24-dək  Gürcüstanın   Batumi   şəhərində  keçirilən  “Batumi   İnternational Art House Film Festival”  kinofestivalının “International COMPETITION -  Short Films Section”  bölməsində   Azərbaycanı təmsil edir. 
F.Əhmədov Modern.az-a bildirib ki, festivalın bu bölməsində 17 ölkənin 30 filmi  mükafatlar uğrunda mübarizə aparacaq. Ümumilikdə festival çərçivəsində 40-dan artıq ölkənin 100-ə yaxın filmi nümayiş olunacaq. Bir neçə bölmədə keçirilən festivalın beynəlxalq münsiflər heyətində  azərbaycanlı rejissor Elçin Musaoğlu da yer alır.

Filmin ssenari müəllifi  Esmira Eyyub, quruluşçu operatoru  Fərid Bağırov, montajçısı  Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.

Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub.

Xatırladaq ki,  “Miras” sənədli filmi 2010-cu ilin oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında “Kinematoqrafiya sənətinə sədaqətə görə” diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə “Maarif” diplomuna, o cümlədən növbəti filmə görə qrand - pul mükafatına,  həmin ilin dekabr ayında isə Polşada keçirilən Beynəlxalq Zubroffka kinofestivalında iştirak edərək festivalın 2-ci mükafatına, 2011-ci ilin fevral ayında isə Gənclər və İdman Nazirliyinin “Gənlər mükafatı”na, mart ayında  Moskvada XVIII Beynəlxalq “Svyataya Anna” kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafata, aprel ayında Yekaterinburq şəhərində keçirilən VII Beynəlxalq Sənədli filmlər  kinofestivalında “Ən yaxşı antropoloji film” mükafatına layiq görülüb.

”Miras” filmi artıq Almaniya, Rusiya, Polşa, Ruminiya, Ukrayna, Latviya, Bolqariya,Moldova, Bosniya -Hersoqovina və s. ölkələrdə nümayiş olunub.

Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə , SSSR dövlət mükafatı lauriatı A.A. Proşkinin emalatxanasında təhsil alır. 

 





Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır