Modern.az

Silahın yıxa bilmədiyi Osmanlını qadın siyasəti məhv etdi

Silahın yıxa bilmədiyi Osmanlını qadın siyasəti məhv etdi

19 Sentyabr 2011, 16:45

Dünyada türkdən cox dövlət quran və dövlət yıxan ikinci bir millət olmayıb. Türk 117 dövlət, 32 bəylik, 38 dövlət, 17 xanlıq, 16 imperatorluq, 10 cumhuriyyət, 4 atabəylik qurub.

Tək Osmanlı İmperatorluğu 624 il höküm sürüb, 322 il dünyanın lider dövləti olaraq qalıb. III Murat dövründə, yəni 1595-ci ildə ərazisi bu günkü Türkiyədən 25 dəfə böyük olub (23 milyon 337 min 600 km2).

Bütün bu tarixi faktlardan sonra düşünürəm, bəs dünyanın ən böyuk üç imperatorluğundan biri olan Osmanlıya nə oldu? Əslində bunun cavabını az da olsa tapdığım zamanlar olur.

Bu günlərdə Turhan Tanın ‘‘Hürrəm’’ romanını oxudum. Romanı oxuduqdan sonra, osmanlının yox olmasına gətirib çıxaran səbəblərdə zaman-zaman gəldiyim qənaətlərdə yanılmadığımı anladım. Hürrəm Sultan Türkiyə TV-lərində yayımlanan “Möhtəşəm Yuzil” filmindən əksər oxucularımıza tanışdır. Osmanlı padşahı Sultan Süleymanın dərdindən ölə biləcəyi, onun eşqi naminə hər şeyi qurban verməyə hazır olduğu bu rus qızını sevə-sevə izləyən tamaşaçılardan deyiləm. Reytinq naminə televiziyalarımızın nə olursa- olsun, qurşaqdan aşağı təbliğ etdiyini də yaxşı bilirəm. (Amma etiraf edim ki, sevərək olmasa da bu filmi izləmişəm-N.B).

Keçək əsas məqsədə.

Kitabı oxudum. Və bu kitab haqqında elə də geniş məlumat vermək fikrim yoxdur. (Çünki tərcüməsini yaxın günlərdə hissə-hissə də olsa, dərc etdirməyi düşünürəm-N.B). Kitabda önəmli və tarixi yerlər coxdu. Bu yazımda isə kitabda diqqətimi çəkən və yuxarıda qoyduğum sorunun cavabını mənə verən yerə toxunacam. Sultan Suleymanın hərəmxanasında 32 qadın var ki, (bu 32 qadın bizim bu günə qədər anladığımız zat deyil. Sultan Suleymanın arvadlarıdır-N.B) onların hamısı Avropadan və Rusiyadan ona hədiyyə olaraq göndərilmiş gözəllərdi. Heç birinin də ailəsi, əsli-kökü bəlli deyil. Bir tək xiristian olduqları, saraya gətirildikdən sonra padşahın istəyinə görə islamı qəbul etdikləri məlumdur. Bir də insaf naminə deyək ki, Hürrəmin babasının papaz olduğu kitabda qeyd olunur. Filimdən hər kəsin türk qadını olaraq bildiyi Mahidevran da Qafqaz rusudur, Hürrəmdən 10 il əvvəl Süleymana hədiyyə olaraq göndərilib.

Nə isə yuxarda da dediyim kimi mövzudan yayaınmadan gələlim məqsədə. Və sorumun çox rahat olan cavabına. Bu günə kimi oxuduqlarım və araşdırmlarıma dayanaraq yaza bilərəm ki, heç bir gücün, ordunun, silahın yıxa bilmədiyi osmanlını Avropanın və Rusiyanın apardığı qadın siyasəti məhv etdi. II Pyotr da rus qızlarının müsəlman erkəkləriylə, özəlliklə türk kişisiylə evlənməsini açık şəkildə vəsiyyət etdi. O bununla həm nəsillərinin tükənməyəcəyini, həm də türkdən doğulan uşağın rus kimi böyuyərək dədələrinin əlində qalan torpaqları geri alacağını düşünürdü. Çünki türkü sadəcə türkün yenə biləcəyini anlayırdı. Qoca bəşəriyyətə ağalıq edə biləcək Osmanlını qadına olan nəfsi yıxdı. Bunu çox gözəl bilən Osmanlı düşmənləri də yürütdükləri qadın siyasəti nəticəsində istəklərinə nail oldular. Və bunla yetinməyib, bu sıyasəti hələ də davam etdirirlər.

Türk erkəyinin qadına olan nəfsi bu gün də Avropa, Amerika, Rusiya kimi nəhənglərin demoqrafiq artımında böyuk rol oynayır. Əhalisinin sayı azaldığından həyacan təbili çalan ölkələrin zaman-zaman türklərə sərhədlərini açması, onları işlə təmin etməsi bunun bariz nümünəsidir. Kimlərsə düşünə bilər ki, bunun nəyi pisdir? Dünyada türkün sayı artır. Amma bu belə deyil. Necə ki, bizim Azərbaycan türkləri Rusiya əhalsinin sayını artırdı, bizimkilərdən doğulan körpələr rus kimliyiylə böyüyüb, 366-cı alayın tərkibində Xocalıya gətirildi, əminəm ki, bir gün başqa kimliklər altında doğulub-böyüyən türk cocuqları da Türküyə üzərinə yürüdüləcək.

Qeyd: Təkcə Rusiyadan gəlib Türkiyədə iş görən və ya alver edən qadınların Rusiyaya döndükdən sonra dünyaya gətirdikləri uşaqların soyunu araşdırsaq, balaca vasyaların, ivanların, pyotrların türk "balaları" olduğunu görə bilərik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir