Modern.az

Müğənni Samir Cavadzadə adam bıçaylayıb (YENILƏNIB)

Müğənni Samir Cavadzadə adam bıçaylayıb (YENILƏNIB)

Ölkə

20 Sentyabr 2011, 12:03


Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az xəbər verir ki, bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Elvin Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Nəsimi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, E. Hüseynov Azərbaycanı “Eurovision”-da təmsil edən Samir Cavadzadə tərəfindən bıçaqlanıb. S. Cavadzadə saxlanılıb.

Qeyd edək ki, bıçaqlanan E.Hüseynov Samir Cavadzadə ilə birgə 2008-ci ildə Azərbaycanı “Eurovision”-da təmsil edən Elnur Hüseynovun qardaşıdır.

***

Ölkə mediasının Samir Cavadzadənin bıçaqladığı şəxsin Azərbaycanı “Eurovision”-da təmsil edən Elnur Hüseynovun qardaşı Elvin Hüseynov olması barədə yaydığı məlumatda yanlışlıq olub. Belə ki, məlum olub ki, Elnur Hüseynovun Elvin adlı qardaşı yoxdur.
Bıçaqlanan Elvun Hüseynov fotoqraf olub. Samir Cavadzadə isə həbs olunmayıb. O, 21-ci Polis Bölməsində izahat verdikdən sonra buraxılıb. Faktla bağlı təhqiqat davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı