Modern.az

Gəncənin vəzifəli şəxsləri istefa verib

Gəncənin vəzifəli şəxsləri istefa verib

20 Sentyabr 2011, 13:04


Gəncənin baş memarı Allahverdi Əliyev ərizə yazaraq vəzifəsindən istefa verib.  Bu barədə məlumatı Modern.az saytına A.Əliyevin özü verib. İistefa verməsinin dəqiq səbəbini bildirməyən müsahibimiz  ayrı işdə çalışacağını söyləyib.
Artıq şəhərə yeni baş memar da təyin edilib. Bu, indiyədək baş memarın müavini olaraq çalışan Əli Rüstəmlidir.
Qeyd edək ki, Allahverdi Əliyev 5 ay əvvəl Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sərəncamı ilə memar vəzifəsinə təyin edilmişdi.

Modern.az saytının digər məlumatına görə, “Azərpoçt”un Gəncə filialının rəhbəri Hüseyn Vəliyev isə tutduğu vəzifədən azad edilib.  Bu barədə saytımıza məlumatı adı çəkilən qurumdan veriblər. Məlumata görə 5 ilə yaxın Gəncə Poçtamtında rəis vəzifəsində çalışan Hüseyn Vəliyev vəzifədən çıxarılıb. Onun yerinə Nizami Mustafayev təyin edilib. Qeyd edək ki, N. Mustafayev bundan əvvəl Gəncə Dövlət Universitetində çalışıb.

Digər bir məlumata görə, 2006-cı ildən Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru işləyən Ruflan Qurbanov da ərizə yazaraq vəzifəsindən istefa verib.

Xaliq Qurbanov
Gəncə
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir