Arxiv
27 İyul 2018, 12:34 | HADİSƏ
Bakıda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb

Bir neçə gün bundan qabaq  Bakının Yasamal rayonunda, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında, Şərifzadə küçəsi 130A ünvanında şam ağaclarının dibinə kimyəvi maddə tökərək, bu yolla yaşıllığı məhv etməyə çalışıblar. Yəqin ki, kimlərinsə məqsədi həmin ərazini ələ keçirmək, satın almaq, hansısa obyekt tikməkdir.

Bakıda yaşıllıqlara qarşı bu cür iyrənc üsullar yeni deyil. Paytaxtda “yaşıl soyqırımı” davamlı olaraq həyata keçirilməkdədir. Sadəcə, bəzi məmurlar bunu görməzlikdən gəlirlər... Uzağa getməyək, son iki ildə hamının gözünün qabağında - “Neftçilər” metrostansiyasından “8-ci kilometr bazarı”na doğru  gedən yolun sağ və solunda ağaclara necə divan tutuldu, yerində hansı ticarət obyektləri tikilmədi...


Bakıda yaşıllıq zolağının ərazisi ildən-ilə azalır. Normalda adambaşına düşən yaşıllıq nə qədər olmalıdır?

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.


Ekoloq Telman Zeynalov bildirib ki, paytaxtda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb.


“Əslində, adambaşına düşən yaşıllıq minimum 25 kvadrat metrdir.  Çünki bununla bağlı  Birləşmiş Millətlər Təşkilatının sənədlərinə imza atılıb. Yaşıllığın bu qədər olması ratifikasiya edilib. Amma ay yarım bundan qabaq tamam fərqli mənzərəyə şahidlik etdik. Nazirlər Kabineti adambaşına düşən yaşıllıqla bağlı qərar çıxarıb. Qərara əsasən adambaşına düşən yaşıllığın 5 kvadrat metr olması müəyyənləşdirilib. Amma bunu nəyə əsaslandırıblar, bilmirəm. Axı bu necə qərardır?! Dərs dediyim tələbələrə dəfələrlə yaşıllıqların məhv edilməsinə qarşı təbliğat aparmışam. Yaşıllıqların məhv edilməsinə son qoyulmalıdır. Təbiətə vəhşi münasibət sərgiləmək olmaz. O ki yaşıllıqları məhv edənlər var ha, elə onların özünü də millətin gözü qarşısında o cür məhv etmək lazımdır. Qoy digərlərinə də dərs olsun”.

Telman Zeynalov yaşıllıqların məhv edilməsindən danışarkən, bölgələrdən paytaxta axın edən insanlara da toxunub:


“Meqapolis böyüyür. Hazırda Azərbaycan əhalisinin 50%-dən çoxu paytaxtda yaşayır. Axı niyə bu qədər tikili aparıb paytaxtı genişləndirirlər ki, rayonlardan da insan axını çox güclü olur?! Daha yaxşı olardı ki, kənd təsərrüfatı kimi sahələri inkişaf etdirsinlər. Bu zaman regionlarda həmin  sahələri inkişaf etdirməklə işçi qüvvəsi də çox olar. İnsanlar bölgələrdən iş dalınca paytaxta üz tutmazlar. Paytaxt böyüdükcə, yaşıllıqlar məhv olur. Yaşıllıqlar məhv edildikcə, xəstəliklər və insanlar arasında ölüm riski də yüksəlir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentidən verilən məlumatda isə son 6 ay ərzində məhv edilən ərazilərin statisitkası təqdim olunub:

“2018-ci ilin 6 ayı ərzində ölkə ərazisində ağac və kolların qanunsuz kəsilməsi, zədələnməsi ilə əlaqədar ümumilikdə 415 fakt aşkar edilib, 889 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli "məcburi göstəriş” verilib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01 21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus parlamentinə 110 deputat seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52