Arxiv
30 İyul 2018, 13:18 | PARLAMENT
Azərbaycan deputatları Koçaryanın həbsini şərh etdilər: “Sarkisyan bir az qorxaq çıxdı”  

Yerevan şəhər məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qərarı verib. Bundan öncə  Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Hərbi İnspektorunun müavini, general-mayor Mikael Arzumanyanı vəzifəsindən azad edib.

Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və oğlu Ayk saxlanılıb. Sarkisyanın aqibəti isə bəlli deyil, O, hazırda ölkə xaricindədri və Ermənistana qayıtmağa cəsarət eləmir.
Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə tanınmış general Manvel Qriqoryan da həbs edilərək, zindana atılıb.

Hazırki baş nazir Nikol Paşinyan və komandası sanki illərdir Ermənistan əhalisinin boğazına çökmüş "Qarabağ klanı"ndan qisas alır.


Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına Ermənistanda baş verən son hadisələri dəyərləndiriblər.


Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov
deyib ki, Robert Koçaryan, Serj Sarkisyan və klanın digər üzvləri hərbi cinayətkarlardır:

“Onlar Azərbaycan dövlətinə, xalqına, günahsız dinc müsəlmanlara qarşı qətllər törətmiş hərbi canilərdir və kimlərinsə köməkliyi ilə Ermənistanda siyasi hakimiyyəti zəbt etmişdilər. O cümlədən erməni xalqına qarşı cinayətlər törədirdilər. Yəni bunlara insan da demək olmaz. Bu cinayətkar dəstə təkcə Azərbaycana deyil, eyni zamanda öz dövlətinə, mənsub olduğu xalqa qarşı saysız-hesabsız cinayətlər törədiblər. Görün erməni xalqı, dövləti nə gündədirsə, 20 il müddətində hərbi canilər, kriminal aləmin adamları tərəfindən idarə ediliblər və bunu qəbul ediblər. Belə bir dövlətdən nə gözləmək olar?
Hələ Paşinyanın nə edəcəyi, nəticənin necə olacağı bəlli deyil. Yəni bu millət özünə ağıllı, təfəkkürlü, normal bir rəhbər  seçə bilməyib. Bugünkü rəhbər də  müəyyən qüvvələrin köməyilə meydan dalğasının üzərində hakimiyyətə gəlib, hələ nə oyunlar çıxaracağı məlum deyil. Artıq özü və ətrafındakılar Azərbaycana qarşı sərsəm bəyanatlar verməklə məşğuldurlar”.

Deputat qeyd edib ki, erməni xalqı baş verənlərdən nəticə çıxarmalıdır:

“Cənab prezident İlham Əliyev də Ermənistandakı proseslərin axarı barədə danışıb. Əgər bundan sonra da yeni rəhbərlik özündən qabaqkıların yolu ilə getsə, işğalçılıq siyasəti ilə fəaliyyət göstərsə, onlar daha da pis günə düşəcəklər. Qoy Paşinyangillər özlərindən əvvəlkilərin hərəkətlərindən nəticə çıxarsınlar, bu murdar xislətlərindən əl çəksinlər. Əks təqdirdə,  Ermənistanda sakitlik olacağını düşünmürəm. Bu dövləti çox ciddi fəlakətlər gözləyir. Çünki Ermənistan cəmiyyətində Koçaryan-Sarkisyan komandasının  kifayət qədər tərəfdarı var. Bunlara qarşı əməliyyatlar, yoxlamalar keçirilir, həbslər başlayıb. Yəqin  onlar özlərini qorumaq üçün nəsə etməyə cəhd edəcəklər. Bu da təbii ki, Ermənistan üçün ağır zərbə olacaq. Erməni xalqı yaşamağa nail olmaq üçün bunlardan nəticə çıxarmalıdır”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  düşünür ki, bu həbslər Paşinyanın təkcə  ədalət axtarışı deyil:

“Koçaryan-Sarkisyan klanı təkcə Azərbaycan xalqına qarşı  yox, eyni zamanda erməni xalqına qarşı da xeyli cinayətlər törədiblər. Və indi  hesab vaxtı yetişib. Biz həmişə demişik ki, bu şəxslər cinayətkardırlar. Halbuki,  insanlara özlərini az qala azadlıq mübarizləri, demokratlar kimi təqdim edirdilər. Ancaq onlar cinayətkar insanlar  kimi mövcuddurlar. Düşünürəm ki, Ermənistandakı həbslər təkcə Paşinyanın ədalət axtarışı deyil. Sarkisyan bir az qorxaq çıxdı. Ancaq Koçaryan qandan qorxan adam deyil. Paşinyan anlayır ki, vaxt  keçdikcə, onun xalq tərəfindən dəstəyi  zəifləyəcək və Koçaryan onu devirə, ya da öldürülməsini təşkil edə bilər. Bu səbəbdən  Paşinyan öncədən Koçaryanı zərərsizləşdirmək istəyəcək”.

Milli Məclisin deputatı  Asim Mollazadə vurğulayıb ki,bu şəxslər kifayət qədər erməni qətlə yetirib:

“Sadəcə olaraq, biz çox istəyərdik ki, Robert Koçaryan Ermənistan məhkəməsi tərəfindən deyil, beynəlxalq  tribuna qarşısında hərbi cinayətkar kimi  məhkum edilsin. Bu daha haqlı və ədalətli olardı.  Koçaryan da, Sarkisyan da hərbi cinayətkarlardır, uşaq qatilləridir. Və  bu qatillər böyük cinayətlərin səbəbkarları olublar. Ümidvaram ki, zaman gələcək, onlar beynəlxalq tribuna qarşısında cavab verəcəklər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20 “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb 20 İyun 2019, 16:03 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat başlanıb 20 İyun 2019, 16:02 Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi   20 İyun 2019, 16:00