Arxiv
4 Avqust 2018, 10:03 | MÜSAHİBƏ
Dəyanət Rzayevin oğlu: “Atamın sayəsində çörək tapan psixoloqlar bizimlə maraqlanmadılar” - MÜSAHİBƏ  

Dilqəm Rzayev: "Ən çox birlikdə etdiyimiz zarafatlarımız yadıma düşür"

 

Dəyanət Rzayev  hadisələrə savadlı, səmimi və obyektiv yanaşmasına görə ən tələb olunan psixoloqlardan biri idi. Yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi.

 

3 avqust  onun doğum günü idi. Dəyanət Rzayevin ilk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olub. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi. 

 

Dəyanət Rzayevin cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. Anası Şəfiqə Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb.  Rəsmi versiyada D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

 

Modern.az saytı  mərhum psixoloqu yada salmaq üçün oğlu Dilqəm Rzayev ilə həmsöhbət olub.

 

- Dilqəm bəy, artıq 1 ildən çoxdur ki, Dəyanət Rzayev aramızda yoxdu.  Atanızla bağlı heç unutmadığınız xatirəniz varmı? Onun yeri ən çox nə zaman görünür?

 

- Düşünürəm ki, yaxşı atanı heç bir övlad  unutmaz. Mən də unutmuram. Çünki o, hər kəsin sözlərinə sığdırmadığı qədər yaxşı insan olmaqla yanaşı, həm də yaxşı ata idi. Əlbəttə ki, onunla bağlı çox xatirəm var. O mənim üçün hər an yaşayır və yanımdadır. Sağ olduğum müddətdə də mənimlə bərabər yaşayacaq. Ən çox birlikdə etdiyimiz zarafatlarımız yadıma düşür. Məsələn, saçlarıma lağlağı edərək, mənə" kirpi" deməsi indi də üzümü güldürən xatirələrdəndir. Dediyim kimi, övlad üçün yaxşı atanın yeri hər zaman var. Mənim də həyatımda, hər anımda, hər dəqiqəmdə onun yeri görünür. Həmişə də görünəcək.

 

- Dəyanət müəllim, necə bir valideyn, ailə başçısı idi?

 

- O varkən mən çox xoşbəxt idim. İndiki ilə müqayisəyə gəlməyəcək qədər xoşbəxt. Darıxıram onlu günlərim üçün. Əgər bir övlad bir ata üçün darıxır, onunla yaşadığı həyatda xoşbəxt olubsa demək ki, o yaxşı ata olub. Mənim atam da çox yaxşı ata idi. Sevgi dolu idi. Sevgisini paylaşmağı sevirdi. Həm mənimlə, həm başqa insanlarla. Əgər nə zamansa ata olsam, onun kimi ata olmağı çox istərdim.

 

- Dəyanət Rzayevin ölümü həqiqətən də gözlənilməz idi.  Əslində bu haqda çox söz-söhbətlər oldu. Hər halda sizin fikriniz də önəmlidir. Atanızı  ölümə aparan səbəb nə ola bilərdi?

 

- Atamı ölümə aparan tək səbəb yaxşılıq etdiyi, sevdiyi, qayğı göstərdiyi insanların nankorcasına yırtıcılaşması idi. O belə bir cəmiyyətdən çox yorğun idi. Doğrudur, psixoloq idi. Amma hər şeydən əvvəl insan idi və insanların bütün çirkinliklərini görürdü. Düşünün, bu gün psixoloq kimi tanınan bir çox şəxslər belə onun yaxşılığını fürsətçiliyə çevirdilər. Onun sayəsində əli çörəyə çatan bu dırnaqarası insanlar, psixoloqlar ondan sonra ailəsi ilə heç maraqlanmadılar. Təkcə dostu, psixoloq Elmir Əkbərdən başqa..

 

- Sizə hansısa arzularından  danışıbmı? Ya da nədənsə şikayətləndiyi zaman olubmu?

 

- Onun tək arzusu yaradılmış olan hər kəsə sevgi və qayğı göstərmək idi. İnsanlarla yanaşı, sahibsiz heyvanlara da sahiblənirdi. Qismət olarsa, bu yolu onun üçün davam etdirəcəm. O, şikayət etməyi sevməzdi. Heç şikayət etməzdi. Mən bütün bunları ondan sonra anladım. Təəssüf...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik “Gilan Holding”i məhkəməyə verdi 21 Noyabr 2019, 12:34 “Partiyamızın ömrü uzun olacaq” - YAP-ın icra katibi 21 Noyabr 2019, 12:27 Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxıb 21 Noyabr 2019, 12:20 Binəqədidə YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub - FOTOLAR 21 Noyabr 2019, 12:13 Yol polisi sürücülərə müraciət etdi 21 Noyabr 2019, 12:06 Bakıda professor evində ölü tapıldı 21 Noyabr 2019, 11:58 Sarksiyan hakimiyyəti Paşinyana verməsindən PEŞMANDI: “Məni qınıyırlar ki...” 21 Noyabr 2019, 11:48 Məzunlar Azərbaycanı ABŞ-da uğurla təmsil edib 21 Noyabr 2019, 11:47 Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək 21 Noyabr 2019, 11:46  “Azərenerji” yeni sistem yaradır - VİDEO   21 Noyabr 2019, 11:43 “Bu yenilik QHT-Hökumət əməkdaşlığını və dialoqu daha da gücləndirəcək” - Azay Quliyev 21 Noyabr 2019, 11:35 Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!” 21 Noyabr 2019, 11:26 Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək? 21 Noyabr 2019, 11:25 ATƏT sədri Azərbaycana gəlir 21 Noyabr 2019, 11:20 “Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar” - Elmira Süleymanova 21 Noyabr 2019, 11:12 “Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov 21 Noyabr 2019, 11:08 SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi 21 Noyabr 2019, 11:06 Şəhid adından istifadə edən dələduz AXTARILIR 21 Noyabr 2019, 11:00 “Paşinyana yaxşı suallar hazırlamışdıq” - Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB 21 Noyabr 2019, 10:56 Ermənilərə qarşı mübariz, müəmmalı şəkildə ölən hüquqşünas - DOSYE 21 Noyabr 2019, 10:40 Sabunçuda işığın kəsilməsinin səbəbi açıqlandı 21 Noyabr 2019, 10:30 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO 21 Noyabr 2019, 10:25 Bakıda bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 10:22 Bakıda iki uşağın üzərinə qaynar su töküldü 21 Noyabr 2019, 10:15 “Instagram” qaydalarını pozan tətbiq silindi 21 Noyabr 2019, 10:13 Fərman Salmanov adına təqaüd RƏSMİLƏŞDİ 21 Noyabr 2019, 10:04 General Yaşar Büyükanıt vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükür edin” 21 Noyabr 2019, 09:47 Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ 21 Noyabr 2019, 09:44 Ombudsmanın mətbuat katibi işdən çıxdı 21 Noyabr 2019, 09:39 Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29