Modern.az

Qubad İbadoğlunun Türkiyə hökumətinə göndərdiyi 10 maddəli TƏKLİF

Qubad İbadoğlunun Türkiyə hökumətinə göndərdiyi 10 maddəli TƏKLİF

16 Avqust 2018, 11:08

Azərbaycanlı iqtisadçı-alim Qubad İbadoğlu Türkiyədə baş verən iqtisadi problemlərlə bağlı təkliflər hazırlayıb.

 

Modern.az saytının məlumatına görə, iqtisadçı-alim Türkiyənin  böhrandan çıxması üçün zəruri bildiyi tədbirləri əks etdirən təkliflərini onlara təqdim edib. Qubad İbadoğlu sosial şəbəkə hesabında qeyd edib ki,  Türkiyə rəsmilərinə təqdim etdiyi təkliflər 10 blokda təsnifatlandırılıb. Bunlar aşağıdakılardır:

 

1) Pul təklifinin  tənzimlənməsi

2) Faiz dərəcələrinin tənzimlənməsi

3) Açıq bazar əməliyyatları üzrə alətlərdən istifadə olunması

4) Vəsaitlərin cəlb olunması üzrə sterilizasiya xarakterli REPO və SVOP əməliyyatları üzrə tənzimlənmə

5) Banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə sterilizasiya xarakterli əməliyyatlar

6) Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri ilə tənzimləmə

7) Valyutalar üzrə deposit faizlərinin diversifikasiyası üzrə əməliyyatlar

8) Xarici valyutada öhdəliklər, eləcə də qeyri-rezident maliyyə sektorundan cəlb edilmiş vəsaitlər üzrə məcburi ehtiyat normaları üzrə əməliyyatlar

9) Valyuta möhtəkirliyi, xaricə kapital axını və süni qiymət artımına qarşı əməliyyatlar

10) Mərkəzi Banka müstəqilliyin verilməsini, bazar iqtisadiyyatına sadiqliyi və reformaların davamlılığını əks etdirən siyasi iradənin nümayiş etdirilməsi.

 

İqtisadçı-alim bildirib ki, Türkiyə rəsmiləri onunla əlaqə saxlayaraq, təkliflərinə görə təşəkkür edib: “Türkiyə rəsmiləri təkrar əlaqə saxlayaraq, təkliflərimi çox bəyəndiklərini, eynisini etdiklərini və edəcəklərini bildirdilər”.

Qeyd edək ki, ABŞ sanksiyaları ilə üzləşən Türkiyə iqtisadiyyatında ciddi problemlər yaranıb. Ölkənin milli valyutası olan lirə bir neçə gün ərzində 50 faizə yaxın dəyərsizləşib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü