Modern.az

“Azərbaycan məktəblərində rus bölmələri ləğv olunsun” - TƏKLİF

“Azərbaycan məktəblərində rus bölmələri ləğv olunsun” - TƏKLİF

Təhsil

29 Avqust 2018, 13:32

Azərbaycanda əvvəllki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyən insanların sayında  artım müşahidə edilir. Bəzi valideynlər özləri rusca bir kəlmə olsun belə bilməsələr də, övladlarını rus sektorunda oxumağa məcbur edirlər.

 

Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına  danışarkən deyib ki, ölkəmizdə rus dili xarici dil kimi tədris edilməlidir:

“Öncə qeyd edim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bir vaxtlar “ikinci dilimiz” sayılan rus dilinin xarici dillər qrupuna daxil edilməsi və bu dilin öyrənilməsi üçün tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının fakultativ məşğələlərlə əvəzlənməsi, bəzi məktəblərdə isə ümumiyyətlə keçilməməsi rus dilinə qarşı ictimai rəyin dəyişməsinə də təsirsiz ötüşmədi.

Fikrimcə, ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək. Rus sektorunu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlət büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır”.

 

Ekspert qeyd edib ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir:

 

“"Bakı məktəblərində rus bölməsinə ifrat həvəs yaranıb”, "Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır”, "Təhsil Nazirliyinin nəzarəti altında olan paytaxt məktəblərində Azərbaycan bölməsi tarixə qovuşur” kimi təhlükəli manşetlər, sanki təhsilimizin problemləri azmış kimi, təhsilimizə bir daha yeni əlavə problemlər yaratmaqdan başqa bir şey deyil.

Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi”.

 

“Elmimizin, mədəniyyətimizin inkişafında rus dilinin rolunu inkar etmək ədalətsizlikdir”

 

Müsahibimiz  deyib ki, qanunvericiliyə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər:

 

“Azərbaycan çox millətli ölkədir, respublikamızda xeyli qarışıq ailələr var. Bəli, son 5-10 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı. Azərbaycan dili dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var.

Digər tərəfdən Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, bir yandan rus dilinə hər cür sədd qoymaqdan çəkinmirik. Mən təbii proseslərin qarşısını süni yollarla almaq məntiqini heç cür başa düşmürəm...”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı