Modern.az

Rəbiyyət Aslanova Dağlıq Qarabağın azərbaycanlı icmasının işini tənqid edib

Rəbiyyət Aslanova Dağlıq Qarabağın azərbaycanlı icmasının işini tənqid edib

14 Oktyabr 2011, 13:04

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini tənqid edib. Modern.az saytının məlumatına görə, deputat icmanın daha fəal olmasının zəruriliyini vurğulayıb.
R.Aslanovanın sözlərinə görə, “Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin indiki fəaliyyəti qənaətbəxş hesab oluna bilməz.
“İcma öz işini daha da genişləndirməli, fəaliyyətində və mövqelərində dəyişiklik etməlidir” deyən komitə sədri qurumun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində aktivlik nümayiş etdirməli olduğunu söyləyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!