Modern.az

Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin üzvü seçilib

Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin üzvü seçilib

7 Dekabr 2009, 17:19

2010-ci il yanvar ayının 1-dən etibarən Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin (CEN) müşahidəçi üzvü statusuna sahib olur. CEN-in üzvü olaraq bundan sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Avropa standartlarının əldə edilməsi, tətbiqi, Avropa standartları əsasında milli standartların hazırlanması işini həyata keçirəcək və təşkilatın texniki komitələrində iştirak edəcək. Məlumatı Modern.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib.

Respublikamızın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesində ölkədə aparılan iqtisadi islahatlar Avropa və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etməkdədir. Əsas məqsəd Azərbaycanda keyfiyyət infrastrukturunun inkişaf prioritetlərini Avropa Birliyinin bu sahədə olan müvafiq qanunvericiliyinə və ÜTT-nin tələblərinə uyğunlaşdırmaqdır. Görülən işlər Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılmasına, milli sənayenin təşviqinə, yerli istehsalçıların xarici bazarlara çıxışının təmin edilməsinə və texniki maneələrin aradan qaldırılmasına təkan verib.

Bu istiqamətdə görülən işlər Avropa Standartlaşdırma Komitəsi (CEN) çərçivəsində daha da inkişaf edəcək, təşkilata üzv olmaqla AB-nin texniki tənzimləmə sistemində son nailiyyətlərin əldə edilməsində və müasir keyfiyyət infrastrukturunun ölkəmizdə qurulmasına geniş imkanlar açılacaq.

Avropa Standartlaşdırma Komitəsi (CEN) 1961-ci ildə yaradılıb. Hazırda təşkilatın 48 üzvü var. Onlardan 30-u tam hüquqlu, 17-si müşahidəçi və 1-i əməkdaş üzvdür 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?